möcüzəliƏshabi-Kəhf Ziyarətgahı
Culfa yaxınlığındakı Əshabi-Kəhf mağarası Naxçıvanda yerləşən əfsanə və sirlərlə zəngin məkanlardan biridir. Bu müqəddəs mağara kompleksinin “Qurani-Kərim”in surələrinin birində xatırlanan "yeddi yatmış gənc" ilə əlaqəli olduğu təxmin edilir. Dünyanın 3 yerində bənzəri olan bu mağaranın sirli tarixi rəvayətlərə əsasən ondan ibarətdir ki, Allahdan başqasına inananlardan ayrılıb mağaraya sığınan 7 gənc 300 ildən artıq mağarada yatıblar və ayıldıqda artıq başqa dövrdə olduqlarını öyrəniblər.
Bu möcüzəvi hadisədən sonra müqəddəs ziyarətgah ölkəmizin hər tərəfindən zəvvarların axın etdiyi ocağa çevrilib. Mağara Naxçıvan şəhərindən 12 km şərqdə – Culfaya gedən əsas yolun yaxınlığında yerləşir. Ziyarətgaha gəlib niyyət edənlər qurban kəsir, damcıxanada niyyət tutur və digər ayinləri yerinə yetirirlər.
Hətta dağın ətəyində çıxan radonlu mineral su məşhur Pyatiqorsk (Şimali Qafqaz) suyunun analoqu olmaqla yanaşı, revmatizm xəstəliklərinin müalicəsində istifadə olunur.