minilliklərin şahidiƏlincə qalası ilə tanışlıq
“Azərbaycanın Maçu Piçusu” adlandırılan Əlincə qalasına xoş gəlmişsiniz. Culfa rayonunda sıldırım qayaların zirvəsində ucalan bu möhtəşəm qala əsrlər boyu Naxçıvanın hakim xanədanları, o cümlədən Səlcuqlar, Atabəylər və Səfəvilər tərəfindən strateji müdafiə istehkamı kimi istifadə olunub və sarsılmazlığı ilə şöhrət qazanıb. Əmir Teymur belə qalanı yalnız 1401-ci ildə, 14 il davam edən müqavimətdən sonra ələ keçirə bilmişdir. Rəvayətə görə, o, öz xəzinəsini məhz burada gizlətmişdir və sözügedən xəzinə bu gün də qaladadır.Zəngin tarixlə tanış olmaq üçün muzeyi ziyarət edin və 1 500 pillə qalxaraq Naxçıvanın gözoxşayan mənzərələrindən həzz alın.






























