Naxçıvan xanlarının sarayınasəfər
Naxçıvan şəhərinə səfər zamanı tarix həvəskarları Naxçıvan Xan sarayını mütləq ziyarətetməlidirlər. İncə Şərq üslubunda ucaldılmış saray rayon təbiətinin narıncı çaları ilə əsrarəngizahəng yaradır. XVIII əsrin ortalarında, 1747-ci ildə Nadir şahın ölümündən sonra, bu saray Cənubi Qafqazda yerləşən müstəqil kiçik xanlıqlardan biri olan Naxçıvan xanlarının iqamətgahı olmuşdur. Üç mərtəbəsi şəbəkə üslubunda naxışlı şüşələrlə tamamlanan saray əvvəlcə xalçamuzeyi olmuş, 2010-cu ildən isə Azərbaycan tarixinin bu möhtəşəm dövrünə həsr edilmiş muzeyə çevrilmişdir.
































