Talış dağlarında nadir quşlara tamaşa

Ölkəmizdə unikal quş növlərini görmək üçün quş müşahidəçilərinin üz tutduqları yerlərdən biri də Talış dağlarıdır. Xüsusən də Hirkan Milli Parkı yerli və köçəri quşlar üçün əsas məskənlərdən biridir.

Talış dağlarındanadir quşlara tamaşa

Hirkan Milli Parkında dəmirağac kimi endemik bitkilər, Qafqaz bəbiri kimi “Qırmızı kitab”a salınmış canlılar və müxtəlif landşaft növlərinə rast gəlmək olar. Hirkan meşələrinin səciyyəvi quş növləri Hirkan arıquşu, bir çox yerli quş yarımnövləri, iri ala ağacdələn, Türküstan qırğısı (Türküstan tüvüyü) və qış fəslində Sibirdən gələn qaradöş qaratoyuqdur. Arı quşunu Lerikin Məstail kəndinin yaxınlığında olan meşə ərazisində müşahidə etmək olar. Hirkan arıquşu Avropada yalnız burada yaşayır və yamacdakı kolluq və meşə xəttinin başladığı yerlərdə rast gəlinir. Bu quş növü uzun müddət ekspertlər tərəfindən müşahidə edilməsə də, 2017-ci ildə britaniyalı quş müşahidəçisi tərəfindən məhz burada aşkarlanmışdır.

Kiçik qırğı növünə bənzəyən və bölgəyə məxsus digər spesifik quş növü olan Türküstan qırğısı (Türküstan tüvüyü) da 1968-ci ildən bəri müşahidə edilməməsinə baxmayaraq, 2008-ci ildə məhz bu ərazidə qeydə alınmışdır. Quş müşahidəçiləri Masallıda bu quş növünü görə bilərlər.

Lerikdən bir qədər aralıda mənzərəli yol sıx çəmənliklərdən sonra kanyonlarla davam edir və ardınca tikanlı kolluqlar və kiçik vahələri xatırladan meşələrlə örtülmüş yarımquraq dağlıq əraziyə keçir. Məhz bu yol Zuvand yüksəkliyinə aparır. Ərazidəki quşların bir çoxu Naxçıvanda da müşahidə olunur. Bu quşlara ağboğaz bülbül, qısabarmaq sərçə və qırmızıqanad mərcimək quşu aiddir.

Əraziyə xas quşlar:

Qaradöş qaratoyuq (Turdus atrogularis)

Hirkan arıquşu (Poecile hyrcanus)

Türküstan qırğısı (Türküstan tüvüyü) (Accipiter badius)

Yaxalıqlı milçəkqapan (Ficedula semitorquata)

Ağboğaz bülbül (Irania gutturalis)

Aladöş çərənçi (Prunella ocularis)

Qırmızıqanad hörücü (Rhodopechys sanguinea)

Qısabarmaq sərçə (Carpospiza brachydactyla)

Səhra hörücüsü (Bucanetes githagineus)

Qayalıq vələmirquşu (Emberiza buchanani)

Berkut (Aquila chrysaetos)

İkixallı torağay (Melanocorypha bimaculata)

Ala çaxraqçı (Oenanthe melanoleuca)

Dağ vələmirquşu (Emberiza cia)

Ən uyğun dövrlər:

Türküstan qırğısını aprelin sonunda görmək mümkündür, amma quş müşahidəsi üçün isə ən yaxşı dövr may və iyundur. Bu dövr milçəkqapanı, noyabrın ortalarından martın əvvəlinədək olan dövr isə qaradöş qaratoyuğu görmək üçün uyğun zamandır. Hirkan arıquşu bütün il boyu burada qalır, amma yazda və payızın sonunda daha çox rast gəlinir.

Gecələmə:

Lerik rayonunda Cənub İstirahət Mərkəzində yerləşən kotteclər quş müşahidəsi üçün gələn turistlərə rahat yataq yerləri və yerli mətbəx nümünələrini təklif edir. Lerikin Məstail kəndindən buraya olan məsafə 10 km.-dən azdır.  Bir qədər aralı olsa da Lənkəran-Lerik yolunun üzərində yerləşən Riva Hill Resort Hotel və Bəşəru İstirahət Mərkəzində də maraqlı vaxt keçirmək üçün şərait vardır. Masallıda yerləşən hotellər də regiona səfər edən quş müşahidəçiləri üçün seçim ola bilər.

Talış dağlarında | nadir quşlara tamaşa
Qalereya

Nadir quşlara tamaşa etmək üçün Talış dağlarına yollanın

Faydalı məlumatlar

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
17.1°C
Orta:
12.5 – 25.8°C / 54.5–78.4°F

Temperaturu hiss et

Hazırda:
16.4°C
Orta:
12.8 – 28.9°C / 55.0–84.0°F

Külək

Hazırda:
  • Günəşli və olduqca mülayim
  • Şimal-Şərq
  • sürət 7.4 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Əraziyə xas quşlar

Göstər:

Lənkərandadigər fəaliyyət növləri

Lənkəranlı Nənələr qrupu və talış folkloru
Lənkəranlı Nənələr qrupu və talış folkloru
Musiqi

Lənkəranlı Nənələr qrupu və talış folkloru

Cənub zonasının multikultural mədəniyyəti, adət-ənənələri və folkloru bu gün də yaşadılır. Məhz Lənkəranlı “Nənələr” folklor... Daha ətraflı

Masallının şəfalı vannaları
Masallının şəfalı vannaları
Sağlamlıq və rekreasiya

Masallının şəfalı vannaları

Düzdür, Masallı cənub zonasına füsunkar təbiəti ilə yaraşıq, xüsusi görkəm verir. Lakin onun sağlamlıq və... Daha ətraflı

Astarada bulvar gəzintisi
Astarada bulvar gəzintisi
Milli Parklar

Astarada bulvar gəzintisi

Şəhərin mərkəzində yerləşən Astara bulvarı paytaxt Bakımızın dənizkənarı bulvarından heç də geri qalmır. Astaralıların özündən... Daha ətraflı

Quşlara məskən Qızılağac Milli Parkı
Quşlara məskən Qızılağac Milli Parkı
National parks (birdwatching)

Quşlara məskən Qızılağac Milli Parkı

Qızılağac Milli Parkı ölkəmizdə quş müşahidəçiliyi üçün əsas yerlərdəndir. Onun bataqlıqları il ərzində quşları müşahidə... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Lənkəran
Lənkəran

Lənkəran

Əgər təbiətdə dincəlməyi sevirsinizsə, Xəzər dənizi və yamyaşıl Talış dağları arasında yerləşən və nadir təbiəti ilə seçilən Lənkərana səfər edin. Daha ətraflı

Cənub marşrutu
Cənub marşrutu

Cənub marşrutu

Azərbaycan təbiətinin müxtəlifliyini həqiqətən duymaq üçün cənuba, alovlanan bulaqlar, təbii ehtiyatlar və əzəmətli Talış dağlarının yurdu Lənkəran, Lerik və Astaraya üz tutmalısınız. Buranın yerli mətbəxi də möhtəşəmdir – balıq ləvəngisi, yaxud parça-döşəmə plovu dadmadan və Azərbaycanın təzə toplanmış çaylarından bir qurtum içmədən buranı tərk etməyin. Daha ətraflı

xəbər bülletenimizə abunə olun