quşlara məskən Qızılağac Milli Parkı

Qızılağac Milli Parkı ölkəmizdə quş müşahidəçiliyi üçün əsas yerlərdəndir. Onun bataqlıqları il ərzində quşları müşahidə etmək üçün əsrarəngiz imkanlar yaradır.

quşlara məskənQızılağac Milli Parkı

quşlara məskənQızılağac Milli Parkı

Xəzər dənizi sahilində yerləşən Qızılağac Milli Parkının sahəsi təxminən 100 000 hektara yaxındır. Qızılağac Xəzər dənizinin qərb sahilləri boyunca köç edən quşların istirahət etmək, eləcə də yenidən uzunməsafəli yola çıxmaq üçün doyunca qidalanmaq məqsədilə dayandığı yerlərdən biridir. Milli Parkın unikal landşaftı, dayaz su hövzələri, qamışlıqları və bataqlıqları əsasən oktyabr – may aylarında milyonlarla quşun məskəninə çevrilir. İl boyu burada fərqli quşlara rast gəlmək olar.

Quş müşahidəçiləri burada bataqlıq quşları – qarabatdaqkimilər, qutanlar, ərsindimdiklər, qazlar (nadir ağqaş qaz da daxil olmaqla), vağlar, su quşları, ördəklər kimi çox sayda quş növlərini izləyə bilərlər.

Qızılağac qoruğu 1976-cı ildə “Su-bataqlıq yerləri Konvensiyası”nın suətrafı və suda üzən quşların məskunlaşması üzrə beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilib.

Ərazinin ən yaxşı quş müşahidə nöqtələri Milli Parkdan bir qədər aralıda – cənuba, laqun tərəfdən yarımadaya tərəf gedən yolun üstündədir. Ərazidə mövcud flora və fauna ilə yaxından tanış olmaq üçün öncədən müəyyən hazırlıqların görülməsi lazımdır və tur bələdçisinin müşayiəti ilə əlaqəli Turizm İnformasiya Mərkəzinə müraciət etmək olar.

Əraziyə xas quşlar 

Yazda və payızda:
Sarıbaş çaydaçapan (Motacilla citreola)
Lil cüllütü (Calidris falscinellus)
Boz səsyamsılıyan (Xenus cinereus)
Çöl belibağlısı (Circus macrorus)
Çöl qartalı (Aquila nipalensis)
Ərsindimdik (Platalea leucorodia)
Qaranaz ibis (Plegadis falcinellus)
Dəyirmidimdik üzərçə (Phalaropus lobatus)
Kürənquyruq alaçöhrə (Lanius isabellinus)
Turac (Francolinus francolinus)
Yaşıl qızlarquşu (Merops persicus)
Ağbığ silvi (Curruca mystacea)
Fitçi cürə (Anas crecca)

Qışda:
Kiçik qarabatdaq (Microcarbo pygmeus)
Qıvrımlələk qutan (Pelecanus crispus)
Güləyən qağayı (Ichthyaetus ichthyaetus)
Ağqaş qaz (Anser erythropus)
Göydimdik ördək (Oxyura leucocephala)
Adi flaminqo (Phoenicopterus roseus)
Qırmızıdöş qaz (Branta ruficollis)
Adi bəzgək (Tetrax tetrax)
Ağquyruq dəniz qartalı (Haliaeetus albicilla)
Sərçəçalan qızılquş (Falco columbarius)
Çay ilbizcüllütü (Tringa stagnatlis)
Böyük oxcüllüt (Limosa limosa)
Qaraboyun batağan (Podiceps nigricollis)

Ən uyğun dövrlər 

Quşlar sayca qış mövsümündə çox olsa da, yaz və payızda daha çox növdə quşları müşahidə etmək olar. Oktyabrdan maya qədər olan dövr daha uyğundur. Noyabr-mart aylarında çox sayda vəhşi quşları, həmçinin Mərkəzi Asiyadan qışlamaq üçün gələn nadir quş növlərini müşahidə etmək mümkündür. İyul-avqust aylarında havanın isti olması ilı laqunlarda minlərlə quş görmək olar

Gecələmə

Masallı şəhərində yerləşən komfortlu “Masallı hotel” (+994709513086) əsas yoldan dənizə tərəf döndükdə, quş müşahidəsi üçün uyğun ərazilərdən cəmi 3 km məsafədə yerləşir. Hotelin restoranı da var. “Mandarin hotel” (+994505478383) isə Lənkəran yolunun üstündə, Liman qəsəbəsindən 9 km, Qızılağac Milli Parkından isə 27 km məsafədə yerləşir. “Khan Lankaran Hotel” (+994508101056) Milli Parkdan 28 km məsafədədir. Hotelin restoranında milli mətbəxin nümunələrini dadmaq olar. Lənkəran şəhərində daha çox hotel fəaliyyət göstərir.

quşlara məskən | Qızılağac Milli Parkı
Qalereya

Qızılağac Milli Parkında quşlara tamaşa

Faydalı məlumatlar

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
9°C
Orta:
4 – 7.7°C / 39.2–45.9°F

Temperaturu hiss et

Hazırda:
11.7°C
Orta:
3.7 – 6.8°C / 38.7–44.2°F

Külək

Hazırda:
  • Laylı buludlar
  • Şimal-Şimal-Qərb
  • sürət 11.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Əraziyə xas quşlar

Göstər:

Lənkərandadigər fəaliyyət növləri

Lənkəranlı Nənələr qrupu və talış folkloru
Lənkəranlı Nənələr qrupu və talış folkloru
Musiqi

Lənkəranlı Nənələr qrupu və talış folkloru

Cənub zonasının multikultural mədəniyyəti, adət-ənənələri və folkloru bu gün də yaşadılır. Məhz Lənkəranlı “Nənələr” folklor... Daha ətraflı

Masallının şəfalı vannaları
Masallının şəfalı vannaları
Sağlamlıq və rekreasiya

Masallının şəfalı vannaları

Düzdür, Masallı cənub zonasına füsunkar təbiəti ilə yaraşıq, xüsusi görkəm verir. Lakin onun sağlamlıq və... Daha ətraflı

Astarada bulvar gəzintisi
Astarada bulvar gəzintisi
Milli Parklar

Astarada bulvar gəzintisi

Şəhərin mərkəzində yerləşən Astara bulvarı paytaxt Bakımızın dənizkənarı bulvarından heç də geri qalmır. Astaralıların özündən... Daha ətraflı

Talış dağlarında nadir quşlara tamaşa
Talış dağlarında nadir quşlara tamaşa
Ornitoloji turizm

Talış dağlarında nadir quşlara tamaşa

Ölkəmizdə unikal quş növlərini görmək üçün quş müşahidəçilərinin üz tutduqları yerlərdən biri də Talış dağlarıdır.... Daha ətraflı

Şirvan düzündə quşların seyri
Şirvan düzündə quşların seyri
National parks (birdwatching)

Şirvan düzündə quşların seyri

Şirvan Milli Parkı demək olar ki, bütün il boyu müxtəlif növ quşların məskəni olduğundan quş... Daha ətraflı

Sım kəndinə haykinq turları
Sım kəndinə haykinq turları
Milli Parklar

Sım kəndinə haykinq turları

Lənkərandən qısa məsafədə yerləşən Sım kəndinə haykinq turlara qoşula bilərsiniz. Hirkan Milli Parkı ərazisində yerləşən... Daha ətraflı

Ləvəngi və balqabaq plovu master-klasları
Ləvəngi və balqabaq plovu master-klasları
Kulinariya master-klasları

Ləvəngi və balqabaq plovu master-klasları

Əgər qastronomik turları sevirsinizsə və Azərbaycandasınızsa, o zaman Lənkərana mütləq baş çəkməlisiniz. Burada siz milli... Daha ətraflı

Dadlı və zəngin Lənkəran mətbəxi
Dadlı və zəngin Lənkəran mətbəxi
Milli mətbəx

Dadlı və zəngin Lənkəran mətbəxi

Познакомиться с культурой страны невозможно без знакомства с ее кухней. Гастрономические изыски Лянкярана, расположенного юге... Daha ətraflı

Lənkəranda mədəni proqram
Lənkəranda mədəni proqram
İncəsənət, mədəniyyət, irs

Lənkəranda mədəni proqram

Lənkərana yalnız təbiət ardınca deyil, tarixi abidələri ziyarət etmək üçün də səfər etmək olar. Burada... Daha ətraflı

Lənkəranın müalicə və sağlamlıq mərkəzləri
Lənkəranın müalicə və sağlamlıq mərkəzləri
Tibbi turizm

Lənkəranın müalicə və sağlamlıq mərkəzləri

Lənkəran bütün dünyadan turistləri cəlb edir. Bura gözəl təbiət, dadlı mətbəx və zəngin mədəniyyətlə bərabər,... Daha ətraflı

Lənkəranda milli parklara səfər
Lənkəranda milli parklara səfər
Milli Parklar

Lənkəranda milli parklara səfər

Lənkəranın coğrafi yerləşməsi elə imkanlar yaradır ki, təbiət yayda da, qışda da göz oxşasın. Talış... Daha ətraflı

Lənkəranda kənd təsərrüfatı turları
Lənkəranda kənd təsərrüfatı turları

Lənkəranda kənd təsərrüfatı turları

Lənkəranda yetişən çay, sitrus meyvələri və düyü nəinki Azərbaycanda, həm də qonşu ölkələrdə də tanınır.... Daha ətraflı

Lənkəranın qara qumlu çimərlikləri
Lənkəranın qara qumlu çimərlikləri
Çimərliklər və akvaparklar

Lənkəranın qara qumlu çimərlikləri

Lənkərana yayda səfər etsəniz, düşünmədən yerli çimərliklərə yollanın. Burada sizi qeyri-adi rəngdə olan qum və... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Lənkəran
Lənkəran

Lənkəran

Əgər təbiətdə dincəlməyi sevirsinizsə, Xəzər dənizi və yamyaşıl Talış dağları arasında yerləşən və nadir təbiəti ilə seçilən Lənkərana səfər edin. Daha ətraflı

Cənub marşrutu
Cənub marşrutu

Cənub marşrutu

Azərbaycan təbiətinin müxtəlifliyini həqiqətən duymaq üçün cənuba, alovlanan bulaqlar, təbii ehtiyatlar və əzəmətli Talış dağlarının yurdu Lənkəran, Lerik və Astaraya üz tutmalısınız. Buranın yerli mətbəxi də möhtəşəmdir – balıq ləvəngisi, yaxud parça-döşəmə plovu dadmadan və Azərbaycanın təzə toplanmış çaylarından bir qurtum içmədən buranı tərk etməyin. Daha ətraflı

xəbər bülletenimizə abunə olun