Şirvan düzündəquşların seyri
Bakıdan 90 km cənubda yerləşən Şirvan Milli Parkı ölkəmizin təbiət incilərindən sayılır. Bura həm də ürkək ceyranların qorunması ilə tanınır. Ötən əsrin 60-cı illərində ərazidə cəmi bir neçə yüz ceyran qalsa da, hazırda onların sayı 7-8 min arasında dəyişir və burada olarkən onlara tamaşa etmək böyük zövq verəcək. 54 min hektar əraziyə malik Şirvan Milli Parkı quş müşahidəçiləri üçün də sanki cənnətdir. Belə ki, burada 270-dən çox quş növü qeydə alınıb və bu quşların əksəriyyətini asanlıqla müşahidə etmək mümkündür. Milli Parkın quş növləri ilə bu qədər zəngin olmasının əsas səbəbi Xəzərin sahilində əlverişli coğrafi mövqedə yerləşməsidir. Bundan başqa, çoxlu sayda quş növləri – yoğundimdik bozca, ağquyruq çökükburun, adi flaminqo, kiçik qarabatdaq, çöl muymulu, adi sar, imperator qartalı, yaşıl və qızılı qızlarquşu, göycəqarğa, turac kimi quşlar nəsil artırmaq, istirahət etmək və qışlamaq üçün Şirvan Milli Parkına uçurlar.
Ən uyğun dövrlər
İlin bütün dövrlərində burada quşları müşahidə etmək mümkündür. Noyabr-fevral aylarında adi bəzgəki görmək olar, aprel-iyun ayları quşların nəsil artırması dövrüdür. Sentyabr-oktyabr aylarında isə xüsusən göllərdə ördəkləri, vağları və sərçəkimiləri görmək mümkündür.
Gecələmə
Salyan şəhərində yerləşən komfortlu “Kür” hotelində (+994514130011) qiymətlər münasibdi