Quba şəhərindəMemorial Kompleks ziyarəti
Azərbaycan dövləti zaman-zaman bir-birindən çətin sınaqlardan keçib və bu mübarizələr tarixin bütün dövrlərində öz əksini tapır. Məhz Qubada yerləşən Memorial Kompleks Azərbaycan xalqının mərdi-mərdanə sinə gərdiyi fırtınalardan birini – soyqırım hadisələrini işıqlandırmaq məqsədilə ucaldılıb.
2007-ci ildə Quba şəhərində aparılan qazıntılar zamanı kütləvi məzarlığın aşkar olunması ermənilərin xalqımıza qarşı həyata keçirdiyi 1918-ci il mart soyqırımının bariz sübutudur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və həlak olan on minlərlə azərbaycanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərinin mərkəzində “Soyqırımı Memorial Kompleksi“ yaradılmışdır. 2012-2013-cü illərdə inşa edilən kompleks Azərbaycanda ilkdir və memarlıq quruluşu orijinallığı ilə seçilir. Nümayiş olunan eksponatlar bizim tariximizi göstərir və hər zaman ziyarətçilər tərəfindən maraqla qarşılanır. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir.
Ətraflı məlumat üçün:
Hər gün 09:00 – 17:30
Ünvan: Quba şəhəri, Nəriman Nərimanov 1A
Tel.: +99423 335 37 07
Giriş ödənişsizdir (qeydiyyat şəxsiyyət vəsiqəsilə aparılır).