Qalaxudat – Xınalıq marşrutu üzrə haykinq

Bu marşrutla irəliləyib, sıldırım Qızılqaya qayalıqları, geniş Qudyalçay vadisi, köhnə əkin yerləri olmuş terraslar – bir sözlə, əsrarəngiz Qafqaz dağları mənzərəsindən zövq alacaqsınız.

Qalaxudat – Xınalıq marşrutuüzrə haykinq

Qalaxudat – Xınalıq marşrutu

Azərbaycanın ən hündür yaşayış məntəqələrindən olan Xınalıq kəndi ərazisində eyniadlı Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yerləşir. Xınalıqlılar yalnız bu xalqa xas dildə danışır və Azərbaycanın ən qədim etnoslarından hesab olunurlar.

Xəritəni yükləyin

MƏSAFƏ: 8,2 KM

YOXUŞ: 350 M

ENİŞ: 370 M

MAKS. HÜNDÜRLÜK: 2300 M

MİN. HÜNDÜRLÜK: 2155 M

MÜDDƏT: 3 SAAT 15 DƏQ

 

Asan yürüşləri sevənlər üçün bu marşrut əla seçimdir. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu nişanları izləyərək kəndin içindən, məktəbin aşağısından düz keçərək aşırıma doğru 1 km-ə yaxın nisbətən yoxuş yolu qət edəcəksiniz. Bu aşırımdan Xınalıq ətrafındakı yüksək dağlara mənzərə açılır. Aşırımdan bir qədər enişdən sonra solda yol kənarında Bostankeş kəndini görəcəksiniz. Yürüş boyu müəyyən nöqtələrdə qarşınıza istiqamət nişanları çıxacaq. Aydın və geniş yolla çox az eniş-yoxuşlu 6 km məsafəni qət edib, Xınalıq kəndi görünən nöqtəyə çatırsınız. Buradan 800 m məsafəni enərək kiçik çayı keçib, sol tərəfdəki kəndə qalxırsınız. Yürüş kəndin girişindəki bulağın yanında yekunlaşır. Vaxtınız varsa, kəndin yuxarı hissəsində yerləşən məscidə baş çəkə bilərsiniz. Bu nöqtədən kəndin mərkəzinə enmək üçün az dağılmış asfalt yolu izləmək kifayətdir.

 

Ətraf cığırlar

Bu marşrutu Qrız-Qalaxudat marşrutu ilə birləşdirə bilərsiniz.

 

Mövsüm

Texniki olaraq asan yürüş olduğu üçün ilin bütün fəsillərində bu marşrutu gedə bilərsiniz. Yaşıl təbiətdən zövq almaq istəsəniz, may – iyul, qarlı dağları görmək üçün isə dekabr-fevral aylarında bu marşrut çox idealdır. Amma səfər öncəsi hava proqnozunu yoxlamaq tövsiyə olunur. Dumanlı, yağışlı və qarlı hava şəraiti yürüşü çətinləşdirə bilər.

May və sentyabr aylarında, qoyun sürülərinin köç vaxtı Qalaxudat aşırımından sonrakı açıq düzdə bəzən çoban itləri ilə qarşılaşa bilərsiniz. Buradan keçərkən ehtiyatlı olun. Yarana biləcək xoşagəlməz halların qarşısını almaq üçün çobanı uzaqdan səsləməyiniz tövsiyə olunur.

 

Qida və gecələmə

Qalaxudat və Xınalıq kəndlərində restoran və ya kafe yoxdur (yalnız Xınalıqda kiçik çay evi var). Ancaq kəndlərdə qonaqlara yemək və gecələmə təklif edən qonaq evləri fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələrinin yerini marşrutun xəritəsində tapa bilərsiniz.

 

Su
Qalaxudat kəndində birbaşa marşrutun üzərində bulaq yoxdur, amma yerli sakinlərdən su istəyə bilərsiniz. Havanın istiliyindən asılı olaraq ən azı 1,5-2 litr su ehtiyatı götürməyiniz məsləhətdir. Yürüş boyu yağışlı günlərdə suyu bulanıq olan kiçik çayın üzərindən keçəcəksiniz. Yayda isə çayın suyunu içmək tövsiyə olunmur – çayın suyunu yuxarıda yerləşən alaçıqlarda çobanlar heyvandarlıqda istifadə edirlər.

Nəqliyyat

Qalaxudat kəndinə yolsuzluq avtomobili ilə getmək mümkündür və Qubanın mərkəzindən yalnız yerli taksilər ilə 50 AZN qarşılığında getmək olar. Yürüş edib Xınalıqdan həmin gün qayıdacağınız təqdirdə sizi gözləməsi və Qubanın mərkəzinə geri gətirməsi üçün əlavə 10 AZN ödəyəcəksiniz.

 

İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb olunmur. Cığır heç bir xüsusi mühafizə olunan təbiət ərazisindən və ya sərhəd mühafizə zolağından keçmir.

Qalereya

Qalaxudat – Xınalıq marşrutu

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
6.7°C
Orta:
8.6 – 15.6°C / 47.5–60.1°F

Temperaturu hiss et

Hazırda:
3.3°C
Orta:
6.1 – 14.4°C / 43.0–57.9°F

Külək

Hazırda:
  • Buludlar və günəş müşayiəti ilə küləkli sərin
  • Cənub
  • sürət 22.2 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Qubadadigər fəaliyyət növləri

Qeyri-adi yəhudi mətbəxi
Qeyri-adi yəhudi mətbəxi
Milli mətbəxlə tanışlıq

Qeyri-adi yəhudi mətbəxi

Yəqin ki, həyatınızda bircə dəfə də olsun yəhudi mətbəxinin dadına baxmısınız. Amma baxmamısınızsa, təəssüflənməyin. Dağ... Daha ətraflı

Yay-qış bolsulu Qurqur şəlaləsi
Yay-qış bolsulu Qurqur şəlaləsi
Haykinq imkanları

Yay-qış bolsulu Qurqur şəlaləsi

Yay olsun, qış olsun, fərq etmir, bütün fəsillərdə məftunedici mənzərələri ilə insanı heyran edir. Söhbət... Daha ətraflı

Dayaqları qədər möhkəm Tağlı körpü
Dayaqları qədər möhkəm Tağlı körpü
Tarix və diyarşünaslıq muzeyləri

Dayaqları qədər möhkəm Tağlı körpü

Qubada 19-cu əsr memarlığının ən möhtəşəm nümunələrindən olan Tağlı körpü çarın dövründə regionda tikilən yeddi... Daha ətraflı

Multikulturalizm nümunəsi Dağ Yəhudiləri Muzeyi
Multikulturalizm nümunəsi Dağ Yəhudiləri Muzeyi
Muzeylər və qalereyalar

Multikulturalizm nümunəsi Dağ Yəhudiləri Muzeyi

Quba rayonundakı Qırmızı qəsəbədə yerləşən Dağ Yəhudiləri Muzeyi dünyada yeganədir. Dağ yəhudilərinin ilk muzeyi olan... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

Quba
Quba

Quba

Quba – əzəmətli Qafqaz dağlarına açılan qapıdır. Ekoturizm və açıq hava fəaliyyətlərinə üstünlük verənlər üçün Quba mükəmməl seçimdir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun