qeyri-adiyəhudi mətbəxi
Ümumiyyətlə, yəhudi mətbəxinin kökündə yəhudi xalqının çoxəsrlik ənənələri dayanır. Belə ki, yəhudi mətbəxi dünyaya səpələnən yəhudi icmalarının bir çox ölkənin iqtisadiyyatı, kənd təsərrüfatı və kulinariya elementlərindən yola çıxır.
Məsələn, dağ yəhudilərinin öz ənənəvi mətbəxi var. Əsrlər boyu onlar zamanın sınaqlarından keçərək ənənələrini qoruyub saxlamış və nəsildən-nəslə ötürmüşdür. Məşhur təamlar arasında Şomokuftə, Yarpaqi, Qaylo, Xoyeguşt və Duqovo yəhudi mətbəxinin inciləri hesab olunur. Yəhudilərin mətbəxində əsas yeri koşer qanunları tutur ki, bu qaydalar toplusunda yəhudi mətbəxində onlar üçün yararlı qidalar və yeməklərin hazırlanma qaydaları əks olunur. Koşer ivrit dilindən tərcümədə “uyğun”, “yararlı” mənasını ifadə edir. Bu qanunlarda göstərilir ki, ət və ət məhsullarını süd və süd məhsulları ilə birlikdə nəinki yemək, hətta sözügedən məhsullar üçün nəzərdə tutulan qablarda hazırlamaq olmaz. Eləcə də donuz ətindən istifadə qadağandır.
Yəhudi irsinin yaşadıldığı Qırmızı qəsəbə turistlərin yəhudi mətbəxi ilə yaxından tanış olmasına imkan yaradır. Odur ki, buraya gəlsəniz, yeməklərin hazırlanması üzrə masterklaslara qoşulmaq üçün Turizm İnformasiya Mərkəzinin əməkdaşı Naum Niftəliyev (+99450 881 99 89) ilə əlaqə saxlaya bilərsiniz