multikulturalizm nümunəsiDağ Yəhudiləri Muzeyi
Qarçaği sinaqoqunda yaradılan bu muzeydə Qafqazın müxtəlif yerlərindən gətirilən milli geyimlər, zərgərlik, ayin qabları, əlyazmalar, kitablar, XIX əsr antik əşyalar, dağ icmasının irsi və ənənələri qorunub saxlanılır. Muzey üçün binanın Qarçaği sinaqoqu olaraq seçilməsi də rəmzi məna daşıyır. Belə ki, muzeyin sinaqoq binasında yaradılması həm də ibadət evinin bərpa olunmasına vəsilə olmuşdur.
Bu gün muzeyi ziyarət edən hər kəs yerli və xarici dillərdə təklif olunan bələdçi ilə turu seçə bilər ki, bu da muzeyin tarixi və nümayiş etdirilən eksponatlar haqqında daha geniş təsəvvürə malik olmağa imkan yaradır. Qırmızı qəsəbəyə yaraşıq verən Dağ Yəhudiləri Muzeyinə diqqətlə baxsanız, özü-özlüyündə bir muzeydən daha çoxunu ifadə etdiyini görə bilərsiniz. Muzey maraq dairəsi geniş olanlar üçün yəhudi icmasının tarixini, mədəniyyətini vurğulayan mayak rolunu oynayır. Mövcudluğu ilə regionda tolerantlığın sübutuna çevrilən bu məkan həm də millətlərarası tarixi əlaqəni və multikulturalizm elementlərini üzə çıxarır.
Ətraflı məlumat üçün:
Dağ Yəhudiləri Muzeyi və Turizm İnformasiya Mərkəzi
Bazar ertəsi-Cümə axşamı, Bazar 10:00-18:00;
Cümə 10:00-14:00
Tel.: +99455 559 95 95
Giriş: 5 AZN (yerli vətəndaşlar), 10 AZN (turistlər), 3 AZN (12-16 yaşadək uşaqlar), pulsuz (12 yaşadək uşaqlar)