Quba xalçalarınınnaxışları haqqında öyrənin
Gözoxşayan təbiəti və möhtəşəm dağları ilə yanaşı, Quba rəngarəng ənənələrilə də seçilən tarixi bölgələrimizdəndir. Burada insanlar ta qədim zamanlardan xalça toxuyurlar. “Qədim Quba” xalçaçılıq müəssisəsinə və “Azərxalça” fabriklərinə əvvəlcədən qeydiyyatdan keçərək baş çəkə və yerli xalçaçılar tərəfindən keçirilən master-klasda iştirak edə bilərsiniz.
Yerli qadınlar Pirəbədil, Dəvəçi, Qonaqkənd, Zeyvə və Qaraqaşlı kəndlərində, o cümlədən qonşu Qusar rayonunda ənənəvi olaraq 30-dan çox xalça növü toxuyurlar. Hər kəndin xalçası özünəməxsusluğu ilə seçilir. Məsələn, Pirəbədil kəndində toxunan xalçaların göy, yaxud fil sümüyü rəngli kompozisiyaları üzərində çiçək naxışları olur. Qonaqkənd kəndində toxunan xalçalar isə medalyon naxışları ilə fərqlənir. Burada toxunan alovu təmsil edən buta elementləri ilə bəzədilən xalçalar “Butalı” adlanır. Bu qədim ənənələri görməyin ən yaxşı yolu xüsusi bələdçilər, yaxud Quba Regional Turizm İdarəsi vasitəsilə master-klaslar sifariş verməkdir.