Qafqaz dağlarındaquş müşahidəçiliyi
Xınalıq və Ləzə kəndlərinin bir hissəsi Şahdağ Milli Parkının ərazisinə düşür. Bu əsrarəngiz kəndlərdə regionun endemik və unikal quş növlərinə rast gəlmək mümkündür. Bu ucqar kəndlərdə Azərbaycanın ən gözəl dağ mənzərələrinin də şahidi olmaq mümkündür.
Seyrək bitki örtüyünə malik Xınalıqda Qafqaz uları, adi odquyruq, Alp çərənçisi, qaya qaratoyuğu və saqqallı kərkəs kimi quş növlərini müşahidə etmək mümkündür. Yaşıl təbiəti ilə göz oxşayan və daha çox ləzgilərin yaşadığı Ləzə kəndi isə quş müşahidəsi həvəskarlarına Qafqaz meşəxoruzu, iri mərcimək quşu, Qafqaz yarpaqgüdəni və digər dağlıq ərazilərdə yaşayan quş növlərini görməyi vəd edir. Bu quş növlərindən əlavə, Ləzə kəndində keçiyə bənzər Şərqi Qafqaz turu və boz canavar kimi heyvan növlərini də görmək olar.
Xınalıq kəndində həm də bir-birinə sıx tikilmiş daş evlər, qədim mədəniyyət və ənənələrə malik xınalıqlıların qonaqpərvərliyi ilə də rastlaşacaqsınız.
Əraziyə xas quşlar
Qafqaz meşəxoruzu (Lyrurus mlokosiewiczi)
Qafqaz uları (Tetraogallus caucasicus)
İri mərcimək quşu (Carpodacus rubicilla)
Sarıqarın yarpaqgüdən (Phylloscopus nitidus)
Qırmızıqarın odquyruq (Phoenicurus erythrogastrus)
Qafqaz yarpaqgüdəni (Phylloscopus sindianus)
Saqqallı kərkəs (Gypaetus barbatus)
Qırmızıqanad dırmanc (Tichodroma muraria)
Dağ hörücüsü (Serinus pusillus)
Berkut (Aquila chrysaetos)
Boz kəklik (Perdix perdix)
Alp qarsərçəsi (Montifringilla nivalis)
Alp çərənçisi (Prunella collaris)
Əlvan qaya qaratoyuğu (Monticola saxatilis)
Buynuzlu torağay (Eremophila alpestris)
Qara kərkəs (Coragyps atratus)
Ağbaş kərkəs (Gyps fulvus)
Ən uyğun dövrlər
Yazın sonu və yay. Ən yaxşı dövr isə mayın ortası və sonudur.
Gecələmə
Xınalıq və Ləzə Azərbaycanda turistlərin ən çox səyahət etdiyi yerlərdəndir. Bu kəndlərdə çoxlu sayda qonaq evi var, yaxud yerli sakinlərin evində də qala bilərsiniz. Quba Turizm İnformasiya Mərkəzindən ətraflı məlumat almaq üçün telefon: +994233356465