Qusarın mərkəzindəşəhər gəzintisi
Rusiya sərhəddinə yaxın olduğu üçün Qusar Azərbaycanın “şimal qapısı” adlandırılır. Şəhərdə imperiya dövründə rus hərbi alayının Qusarda saxlanıldığı vaxtlardan bu yana müxtəlif quruluşlu qədim və yaraşıqlı evlər hələ də qalmaqdadır.
Ölkənin ən qədim parklarından biri – Nəriman Nərimanov parkı da bu şəhərdə yerləşir. Burada nəhəng ağacların kölgəsi altında gözoxşayan xiyabanlarda gəzintiyə çıxmaqla sovet dövründən qalmış heykəlləri və çay evlərini görə bilərsiniz.
Yerli tarix muzeyində isə tunc dövrü və orta əsrlərə aid 3 000-ə qədər eksponatla tanış olmaq mümkündür. Qusar Dövlət Rəsm Qalereyasında isə cəlbedici və rəngarəng əsərlər nümayiş olunur.