Qusar terrenkurundasakitlikdən həzz alın
Bir anlıq təsəvvür edin ki, yamyaşıl meşədəsiniz, quşların cəh-cəhini və əsən zərif mehin həzin səsini dinləyir, təmiz havadan doyunca ciyərlərinizə çəkib sərin bulaq suyu içirsiniz. İsti yay günlərində şəhərin səs-küyündən uzaqlaşmaq üçün bundan artıq nə lazımdır ki? Qusar şəhəri yaxınlığında, Qusar – Ləkər yolunun üzərində yerləşən meşədə xüsusi istirahət zonası – terrenkur salınıb. Meşə boyunca çəkilmiş sağlamlıq cığırı ilə gəzintiyə çıxmaq, velosiped sürmək, yaxud piknik etmək mümkündür. Yolunuzun üstündə maraqlı ifadələrin və məlumatların yazıldığı lövhələrlə də qarşılaşacaqsınız.
Ətraflı məlumat üçün:
Quba Regional Turizm İdarəsi
+99423 336 64 65