Quba-Qusarmətbəxini dadın
Qafqaz dağlarının özünəməxsus mətbəx ənənələri ilə tanış olmaq istəyirsinizsə, ölkəmizin şimal-şərqində yerləşən Qusar ideal istiqamətdir. Yerli mətbəxin seçilən təamları arasında xərək adlanan ənənəvi sobada bişirilən müxtəlif növ çörəklər, eləcə də çoxlarına pizzanı xatırladan şakuka var. Dadmağa dəyər digər ləzzət isə tskan adlı məşhur ət piroqudur. Burada süfrəyə gələn təamlar ətraf dağları bəzəyən meşələrdən toplanan ətirli otlar və yerli təbii məhsullarla daha da zənginləşir. Bütün bu ləzzətləri Qusar şəhərində və ətrafındakı restoranlarda dada bilərsiniz. Ən yaxşı məkanları kəşf etmək üçün isə yerli sakinlərin tövsiyələrindən yararlanın.





















