Laçın və kəndləri turizmin incisi

Azərbaycanın cənub-qərbində yerləşən Laçın rayonu əsrarəngiz təbiəti və tarixi irsi ilə seçilən aparıcı turizm bölgələrindən biridir. Sıx meşələri, təmiz dağ havası və füsunkar mənzərələri ilə həm ekoturizm, həm də istirahət üçün ideal məkandır.

Laçın və kəndləriturizmin incisi

Laçın rayonu geniş meşə sahələri, yasaqlıq əraziləri, zəngin flora və faunası ilə bölgənin ekosisteminin cəlbediciliyini artırır. Burada yerləşən alban məbədləri, məscidlər və digər mədəni abidələr rayonun qədim tarixi irsini nümayiş etdirir. Rayonun kəndləri özünəməxsus təbiəti, coğrafi mövqeyi və mədəni xüsusiyyətləri ilə Laçının turizm dəyərinin formalaşmasında mühüm rol oynayır. 

Zabux kəndi Həkəri və Zabux çaylarının qovuşduğu mənzərəli, dağlıq ərazidə yerləşir. Təmiz hava, hüzur və yürüş imkanlarının vəhdəti bu ərazini təbiət sevərlər üçün ideal istirahət məkanına çevirir. Yay aylarında yerli sakinlər evlərini qonaq evləri kimi turistlərə təqdim etməklə onların yerli həyat tərzi ilə daha yaxından tanış olmasına şərait yaradırlar. 

Hüsülü kəndi də dağlıq ərazidə yerləşir və təbii landşaftları ilə diqqət çəkir. Burada trekking, kampinq və dağ kəndində kənd həyatını təcrübə etmək mümkündür. Həmzə Sultan sarayı bölgənin zəngin tarixi irsini yaşadan mühüm abidələrdən biridir. 

Mirik kəndində mağaralara, şəlalələrə, unikal qaya formalarına və vulkanik süxurlar nəticəsində yaranmış landşaftlara daha çox rast gəlinir. Burada yerləşən qədim mağaralar “Qaranlıq kaha” və “Bayqara” kimi abidələr regionun qədim tarixindən xəbər verir. Konusvari qayalar, qaya göbələkləri və tək dayanan sütunlar kimi unikal geoloji formalar əraziyə xüsusi görünüş qazandırır. Ağbulaq, Pəri bulağı və Çiçək bulağı kimi təbii su mənbələri isə həm gözəllik, həm də sağlamlıq turizmi baxımından böyük əhəmiyyət daşıyır. 

Unikal coğrafi mövqeyi və füsunkar təbiəti ilə Sus kəndi dağ turizmi üçün cəlbedici məkanlardan biri hesab olunur. Çay vadiləri boyunca uzanan yaşıl mənzərələr və vulkanik yaylanın yaratdığı geoloji xüsusiyyətlər bu kəndə xüsusi təbii görünüş qazandırır.

Bəylik kəndi isə göz oxşayan təbiəti, sakit mühiti və əlçatan mövqeyi ilə seçilən turizm məkanlarındandır. Bu kənd turistlərə həm aktiv, həm də rahat istirahət imkanları təqdim edir. Burada dağ yürüşləri, təbiət gəzintiləri, kampinq üçün xüsusi şərait mövcuddur. 

Laçın və kəndləri | turizmin incisi
QALEREYA

Hər fəsildə fərqli gözəllikləri olan Laçını kəşf edin

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
20.5°C
Orta:
13.4 – 22.5°C / 56.1–72.5°F

Temperaturu hiss et

Hazırda:
19.4°C
Orta:
13 – 28.1°C / 55.4–82.6°F

Külək

Hazırda:
  • Səhər arabir leysan yağışları
  • Cənub-Şərq
  • sürət 9.3 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

Qarabağdadigər fəaliyyət növləri

Zamanın dayandığı Cıdır düzü
Zamanın dayandığı Cıdır düzü
Haykinq imkanları

Zamanın dayandığı Cıdır düzü

Kiçik Qafqaz Dağlarının qoynunda yerləşən, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi və incəsənət beşiyi Şuşanın təbiəti, əsrarəngiz... Daha ətraflı

Suqovuşanın tarixi irsi
Suqovuşanın tarixi irsi
Təbiət və macəra

Suqovuşanın tarixi irsi

Suqovuşan və ətraf rayonların bənzərsiz təbiəti bir sıra mühüm əhəmiyyət kəsb edən tarixi yerləri ilə... Daha ətraflı

Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa
Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa
Təbiət və macəra

Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa

Əsası 18-ci əsrdə qoyulmuş əzəmətli Şuşanın özünəməxsusluğu dillər əzbəridir. Ancaq bu gün biz bu şəhərin... Daha ətraflı

yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs
yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs
Şərab zavodları

yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs

Tarixi dəyərləri ilə tanınan və böyük turizm potensialına malik olan Tuğ kəndi əvvəlki şöhrətini bərpa... Daha ətraflı

Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi
Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi
Milli mətbəxlə tanışlıq

Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi

Şuşanın zəngin mətbəxinin müxtəlif ləzzətləri bütün dünyaya çoxdan səs salıb. Qarabağın münbit torpaqları, yerli əhalisinin... Daha ətraflı

tarixin yadigarı Tuğun sərvətləri
tarixin yadigarı Tuğun sərvətləri
Tarix və diyarşünaslıq muzeyləri

tarixin yadigarı Tuğun sərvətləri

Xocavənd rayonunda Qarabağ dağ silsiləsinin ətəklərində yerləşən Tuğ kəndi Azərbaycan mədəniyyətinin əbədi irsini sübut edən,... Daha ətraflı

Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi
Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi
Orta əsr memarlığı

Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən məscidlər, ev-muzeyləri, malikanələr təkcə təkrarsız memarlıq nümunələri deyil, həm də... Daha ətraflı

səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə
səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə
Mədəni irs obyektləri

səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə

Bir çox tarixi şəxsiyyətin vətəni Tuğ kəndi bu gün çiçəklənib, dirçəlib yenidən inkişaf yoluna düşərək... Daha ətraflı

istedadlı simaların yurdu Şuşa
istedadlı simaların yurdu Şuşa
İncəsənət, mədəniyyət, irs

istedadlı simaların yurdu Şuşa

Şuşa şəhəri Azərbaycanın zəngin mədəni irsinin mərkəzi kimi tanınır. Əsrlər boyu Şuşa bir çox istedadlı... Daha ətraflı

gözəllik səltənəti Şuşa təbiəti
gözəllik səltənəti Şuşa təbiəti
Haykinq imkanları

gözəllik səltənəti Şuşa təbiəti

Əzəmətli dağları, mənzərəli qalın meşələri, çağlayan şəlalələri ilə Şuşanın təbiəti insanı ovsunlayır, ruhunu dincəldir.   Daha ətraflı

Şərqi Zəngəzur mətbəxini dadın
Şərqi Zəngəzur mətbəxini dadın
Milli mətbəxlə tanışlıq

Şərqi Zəngəzur mətbəxini dadın

Şərqi Zəngəzur Azərbaycanın cənub-qərbində yerləşən tarixi və coğrafi bölgədir. Buraya əsasən Laçın, Qubadlı və Zəngilan rayonlarının... Daha ətraflı

xəbər bülletenimizə abunə olun