gözəllik səltənəti Şuşa təbiəti

Əzəmətli dağları, mənzərəli qalın meşələri, çağlayan şəlalələri ilə Şuşanın təbiəti insanı ovsunlayır, ruhunu dincəldir.  

gözəllik səltənətiŞuşa təbiəti

Suyu yayda buz kimi sərin, qışda isə nisbətən ilıq olan İsa bulağı Şuşanın özü qədər məşhurdur. Meşələr ilə əhatə olunan bu səfalı guşə haqqında hətta belə bir deyim də var ki, “İsa bulağında olmayan Şuşada olmayıb”. Bir çox tarixi hadisələrin şahidi olan bu bulaq Şuşa azad edildikdən sonra Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib. Büllur sulu bulağın gözyaşı kimi dumduru, insana fiziki və ruhi güc verən suyundan içmədən Şuşadan ayrılmaq olmaz.  

Çətirə oxşayan formasına görə bəzən Çətir şəlaləsi də adlanan Şır-şır şəlaləsi Daşaltı dərəsində yerləşir. Mənbəyini Şuşanın dağlarından götürən bu şəlalənin suyu axaraq Daşaltı çayına qovuşur. Ətrafda göz işlədikcə uzanan, nağıllar aləmini xatırladan mənzərə, dağlardan süzülüb gələn suyun şırıltısı insanın ruhuna dinclik verir. 

Şuşa təbiətinin nadir sərvətlərindən biri də Topxana meşəsidir. Ərazisi Şuşa rayonu ətrafındakı torpaqların 20%-ni əhatə edən bu meşədə vaxtilə yaşı bilinməyən palıd, qarağac, fıstıq ağacları, xalıya bənzəyən çəmənlər, zümzüməli bulaqlar var idi, məhz ona görə də bura təbiətin möcüzəsi hesab olunurdu. 2021-ci ildə Topxana meşəsinin bərpasına başlanılıb, ərazidə palıd, vələs, dağdağan ağacları əkilib. İndi bu meşəyə yeni nəfəs gəlir. 

Qarqarçay kanyonu ekoturizm potensialı çox olan Şuşanın vizual gözəllik mənbələrindəndir. Kanyon cənub-qərbdən şimal-şərq istiqamətində Qarabağ yaylasını kəsən, Şuşa şəhəri rayonunda üst yura əhəngdaşları massivinə dərin nüfuz edən eyniadlı çayın orta axınında yerləşir və onun uzunluğu 5 kilometrdən çoxdur. Kanyona yürüyüş zamanı ilham verən şəlalələri, “yaşıl ciyər” adlanan meşələri, daş dövründən qalan mağaraları, əsrləri birləşdirən daş körpüləri görmək mümkündür. 

gözəllik səltənəti | Şuşa təbiəti
QALEREYA

Şuşada valehedici təbiət ilə ünsiyyətdən zövq alın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
4.9°C
Orta:
4.6 – 5.2°C / 40.3–41.4°F

Temperaturu hiss et

Hazırda:
1.9°C
Orta:
0.2 – 7.1°C / 32.4–44.8°F

Külək

Hazırda:
  • Cooler with a few showers
  • Şərq-Cənub-Şərq
  • sürət 11.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Bakıdadigər fəaliyyət növləri

istedadlı simaların yurdu Şuşa
istedadlı simaların yurdu Şuşa
İncəsənət, mədəniyyət, irs

istedadlı simaların yurdu Şuşa

Şuşa şəhəri Azərbaycanın zəngin mədəni irsinin mərkəzi kimi tanınır. Əsrlər boyu Şuşa bir çox istedadlı... Daha ətraflı

səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə
səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə
Mədəni irs obyektləri

səfalı Tuğda bəşər sivilizasiyasının izi ilə

Bir çox tarixi şəxsiyyətin vətəni Tuğ kəndi bu gün çiçəklənib, dirçəlib yenidən inkişaf yoluna düşərək... Daha ətraflı

Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi
Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi
Orta əsr memarlığı

Qarabağ xanlarının yadigarı Şuşanın memarlıq irsi

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada yerləşən məscidlər, ev-muzeyləri, malikanələr təkcə təkrarsız memarlıq nümunələri deyil, həm də... Daha ətraflı

tarixin yadigarı Tuğun sərvətləri
tarixin yadigarı Tuğun sərvətləri
Tarix və diyarşünaslıq muzeyləri

tarixin yadigarı Tuğun sərvətləri

Xocavənd rayonunda Qarabağ dağ silsiləsinin ətəklərində yerləşən Tuğ kəndi Azərbaycan mədəniyyətinin əbədi irsini sübut edən,... Daha ətraflı

Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi
Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi
Milli mətbəxlə tanışlıq

Şuşa mətbəxi ləzzətlərin müxtəlifliyi

Şuşanın zəngin mətbəxinin müxtəlif ləzzətləri bütün dünyaya çoxdan səs salıb. Qarabağın münbit torpaqları, yerli əhalisinin... Daha ətraflı

yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs
yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs
Şərab zavodları

yenidən dirçələn Tuğ mədəniyyətində ikinci nəfəs

Tarixi dəyərləri ilə tanınan və böyük turizm potensialına malik olan Tuğ kəndi əvvəlki şöhrətini bərpa... Daha ətraflı

Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa
Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa
Təbiət və macəra

Qarabağın döyünən ürəyi bənzərsiz Şuşa

Əsası 18-ci əsrdə qoyulmuş əzəmətli Şuşanın özünəməxsusluğu dillər əzbəridir. Ancaq bu gün biz bu şəhərin... Daha ətraflı

Suqovuşanın tarixi irsi
Suqovuşanın tarixi irsi
Təbiət və macəra

Suqovuşanın tarixi irsi

Suqovuşan və ətraf rayonların bənzərsiz təbiəti bir sıra mühüm əhəmiyyət kəsb edən tarixi yerləri ilə... Daha ətraflı

Zamanın dayandığı Cıdır düzü
Zamanın dayandığı Cıdır düzü
Haykinq imkanları

Zamanın dayandığı Cıdır düzü

Kiçik Qafqaz Dağlarının qoynunda yerləşən, Azərbaycanın mədəniyyət paytaxtı, musiqi və incəsənət beşiyi Şuşanın təbiəti, əsrarəngiz... Daha ətraflı

xəbər bülletenimizə abunə olun