təbiətin naxışı sənətkarlar şəhəri

Orta əsrlər şəhər ruhunu özünü yaşadan, tarixi isə iki min il əvvələ gedib çıxan qədim Lahıc ölkəmizin sənətkarlıq mərkəzidir. “40 sənət şəhəri” kimi tanınan Lahıcda hələ 19-cu əsrin ortalarında 200-dən çox sənətkarlıq emalatxanası və dükanının olduğu məlum idi.

təbiətin naxışısənətkarlar şəhəri

Lahıca ilk addım atılan andan buranın adi dağ kəndi olmadığını anlamaq mümkündür. İri çay daşlarından salınmış küçələr, yerli memarların tikdiyi məscidlər və binalar, məhəllələrin yerləşməsi burada şəhər mədəniyyəti və sənətkarlığın yaşının çox qədimlərə dayandığından xəbər verir. Lahıc Azərbaycanın “misgərlik paytaxtı” kimi tanınsa da və “Lahıc misgərlik sənəti” YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilsə də, əslində Lahıcın sənətkarlıq xəritəsi çox genişdir. Qədim sənətkarlıq növlərinin bəziləri unudulsa da, misgərlik, dəmirçilik, xalçaçılıq, bənnalıq, dülgərlik, dabbağlıq, papaqçılıq kimi sahələr bu gün də Lahıcın sənətkarlıq simasını bəzəyir. Özünüzü bir neçə saatlıq orta əsrlər sənətkarlıq şəhərində hiss etmək üçün Lahıca səfər etmək kifayətdir.
Mis əşyaların gözqamaşdıran dünyasına düşmək üçün yolunuzu misgər Nəzər Əliyevin emalatxanasından sala bilərsiniz. Hazırladığı mis nar Vyana şəhərində keçirilən nar festivalında nümayiş olunun Nəzər Əliyev tez-tez turistlər üçün master-klaslar təşkil edir. Səkkiz yaşından dəmirçiliklə məşğul olan Xosrov Abbasovun çalışdığı emalatxana isə 19-cu əsrdən qalma ulu baba yadigarıdır. Burada olarkən dəmirçi kürəsinin nurundan, çəkicin ritmləri xatırladan səsindən ayrılmaq istəməyəcəksiniz. 50 ildir ki, xalça toxuyan Sülhiyyə Əliyevanın dükanında isə özünüzü naxışların sehrli aləmində hiss edəcəksiniz. Burada Sülhiyyə xanımın barmaqlarından çıxan naxışların ilmələrə necə düzüldüyünün canlı şahidi ola bilərsiniz. Dabbağ Muxtar Mahmudov və oğlu papaqçı Rəsul Muxtarov qədim sənətkarlığı yaşadanlardandırlar. Milli rəqslərin ifası zamanı geyilən papaq növləri bu ata-oğulun əl əməyinin məhsuludur. Digər papaqçı Abdulla Dadaşovun dükanında isə növbənöv buxara papaqlara rast gələ bilərsiniz. Lahıcın məşhur sənətkarlarından olan sərrac Ağaməşədi Hüseynov isə bölgədə əsas nəqliyyat vasitəsi olan atlar üçün yüyən, qırmanc, yəhər hazırlayır. Bu sənətkarların master-klaslarında iştirak etmək və Lahıcdan sənətkarlıq suveniri ilə ayrılmaq üçün nəsildən nəslə keçən bu emalatxanalara baş çəkin. Master-klaslarla bağlı ətraflı məlumat üçün “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğu ilə əlaqə saxlaya bilərsiniz. 
Tel.: +99451 817 2100

təbiətin naxışı | sənətkarlar şəhəri
QALEREYA

Lahıcda sənətkarlıq emalatxanalarında master-klass

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
23.9°C
Orta:
12.6 – 26.8°C / 54.7–80.2°F

Temperaturu hiss et

Hazırda:
24.4°C
Orta:
14.3 – 26.6°C / 57.7–79.9°F

Külək

Hazırda:
  • Buludlar və günəşin müşayiəti ilə olduqca isti-mülayim
  • Cənub-Cənub-Qərb
  • sürət 11.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

İsmayıllıdadigər fəaliyyət növləri

Lakeside Garden – İsmayıllı
Lakeside Garden – İsmayıllı
Ailəvi istirahət

Lakeside Garden – İsmayıllı

Sevdiklərinizlə fərqli istirahət keçirmək, aqroekoturizm təcrübəsi yaşamaq üçün təbiət və tarix qoxan İsmayıllıda yeriniz hazırdır!... Daha ətraflı

Təbiətin səssizliyində ruhunuzun dincliyi
Təbiətin səssizliyində ruhunuzun dincliyi
Macəra və idman

Təbiətin səssizliyində ruhunuzun dincliyi

Gündəlik işlərdən, ətrafdakı səs-küydən uzaqlaşıb təbiətlə baş-başa qalmaq müasir günümüzdə hər kəsin arzususdur. Bu arzunu... Daha ətraflı

Lahıcda misgərlərlə ünsiyyət
Lahıcda misgərlərlə ünsiyyət
Intangible Cultural Heritage

Lahıcda misgərlərlə ünsiyyət

Lahıcı Azərbaycanın misgərlik mərkəzi adlandırırlar. Əgər hələ də bu gözəl tarixi məkanda olmamısınızsa, növbəti səfər... Daha ətraflı

Basqalda kəlağayı master-klasları
Basqalda kəlağayı master-klasları
İncəsənət, mədəniyyət, irs

Basqalda kəlağayı master-klasları

YUNESKO-nun mədəni irsi siyahısına salınmış Azərbaycan kəlağayıları qadınların sevimli baş örtüyüdür. Amma kəlağayıların funksiyası yalnız... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

İsmayıllı
İsmayıllı

İsmayıllı

İsmayıllı tarixi abidələr və gözəl təbiətlə bərabər, dadlı təamları ilə də məşhurdur. Bura gəlib bal, süd məhsulları və füsunkar şərabın dadına baxıb, Lahıc sənətkarlarının işləri ilə tanış olmaq mümkündür. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

Macərayaxındadır

Hər səyahət yeni macəralarla zəngindir. Unudulmaz macəralarınızı Azərbaycanda yaşayın.

Macərayaxindadir.az Azərbaycanın maraqlı, əyləncəli və sərfəli təkliflərini sizin üçün bir yerə toplayıb.

xəbər bülletenimizə abunə olun