şəfalı otlar fərqli mətbəx

Dağlar qoynunda yerləşən Lahıc daha çox sənətkarlıq sahələri ilə tanınsa da, buranın özünəməxsus mətbəx təamları da turistlərin marağına səbəb olur. Yolunuzu Lahıcdan salarkən əksəriyyəti yalnız bu yerlərdə bitən müxtəlif otlar ilə dəmlənmiş çaydan dadmağı da unutmayın.

Lahıcaləzzətli səyahət

şəfalı otlarfərqli mətbəx

Lahıc mətbəxi ilə tanışlığa hələ qəsəbəyə çatmamış, Lahıc yolu boyu yerləşən kafelərdə sac üstündə hazırlanan qutab və fətirdən dadmaqla başlaya bilərsiniz. Xüsusən yazın əvvəlində yetişən və yerli əhalinin “pəl” adlandırdığı göyərtidən hazırlanan qutab səfərinizə dadlı anlar qatacaq. Yol kənarındakı istirahət mərkəzlərində təbiət qoynunda nahar etməyin zövqünü də yaşaya bilərsiniz. Həm Lahıca gedən yolda, həm də qəsəbənin içində dükanlarda satılan müxtəlif otlar və ədviyyatları almağı da unutmayın. Bəy kəklikotusu, dağ yarpızı kimi əksəriyyəti yalnız bu ərazilərdə bitən otlar dəmlənib içilməklə bərabər, müxtəlif yeməklərə də əlavə ləzzət qatır. Dəmlənərkən eyni anda həm limonun, həm də kəklikotunun xoş ətrini və dadını çatdıran limonlu kəklikotu isə xüsusi marağa səbəb olan otlardandır. Qəsəbənin əsas küçəsində yerləşən “Qədim çay evi”ndə bu otlarla dəmlənmiş bir stəkan çay və gül mürəbbəsi yol yorğunluğunuzu unutduracaq. Lahıcda çay süfrəsinin bəzəyi olan digər təam qara halvadır. “Səməni halvası” kimi də tanınan  bu şirniyyat növünün hazırlanmasında razyana, darçın, hil, istiot, sarıkök kimi ədviyyatlardan istifadə olunur. Üzərinə qoz ləpəsi də vurulan rombşəkilli halvanın hazırlanma prosesi 4-5 saat çəkir. 
Lahıc mətbəxindən danışarkən dolmanın adını çəkməmək mümkün deyil. Azərbaycan mətbəxində dolmanın xüsusi yer var və ölkənin hər tərəfində bişirildiyi məlumdur. Amma Lahıc dolması onlardan fərqlənir. Lahıclar döyülmüş ətdən hazırladıqları dolmanı üzüm yarpağına deyil, heyva yarpağına bükürlər və bu dolma quruluşuna, bükülməsinə görə seçilir. Uzunsov formada olan bu dolmalarda ət yarpaqdan kənara çıxır. Lahıcda kirayə evlərdə qalmaqla yerli sakinlərin hazırladıqları Lahıc dolmasını dada bilərsiniz.

şəfalı otlar | fərqli mətbəx
QALEREYA

Lahıcda yerli mətbəxə qonaq olun

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
14.4°C
Orta:
5.2 – 14.4°C / 41.4–57.9°F

Temperaturu hiss et

Hazırda:
13.9°C
Orta:
4.6 – 16.4°C / 40.3–61.5°F

Külək

Hazırda:
  • Clouds breaking for sun; mild
  • Qərb-Cənub-Qərb
  • sürət 5.6 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

İsmayıllıdadigər fəaliyyət növləri

Lakeside Garden – İsmayıllı
Lakeside Garden – İsmayıllı
Ailəvi istirahət

Lakeside Garden – İsmayıllı

Sevdiklərinizlə fərqli istirahət keçirmək, aqroekoturizm təcrübəsi yaşamaq üçün təbiət və tarix qoxan İsmayıllıda yeriniz hazırdır!... Daha ətraflı

Təbiətin səssizliyində ruhunuzun dincliyi
Təbiətin səssizliyində ruhunuzun dincliyi
Macəra və idman

Təbiətin səssizliyində ruhunuzun dincliyi

Gündəlik işlərdən, ətrafdakı səs-küydən uzaqlaşıb təbiətlə baş-başa qalmaq müasir günümüzdə hər kəsin arzususdur. Bu arzunu... Daha ətraflı

Lahıcda misgərlərlə ünsiyyət
Lahıcda misgərlərlə ünsiyyət
Intangible Cultural Heritage

Lahıcda misgərlərlə ünsiyyət

Lahıcı Azərbaycanın misgərlik mərkəzi adlandırırlar. Əgər hələ də bu gözəl tarixi məkanda olmamısınızsa, növbəti səfər... Daha ətraflı

Basqalda kəlağayı master-klasları
Basqalda kəlağayı master-klasları
İncəsənət, mədəniyyət, irs

Basqalda kəlağayı master-klasları

YUNESKO-nun mədəni irsi siyahısına salınmış Azərbaycan kəlağayıları qadınların sevimli baş örtüyüdür. Amma kəlağayıların funksiyası yalnız... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

İsmayıllı
İsmayıllı

İsmayıllı

İsmayıllı tarixi abidələr və gözəl təbiətlə bərabər, dadlı təamları ilə də məşhurdur. Bura gəlib bal, süd məhsulları və füsunkar şərabın dadına baxıb, Lahıc sənətkarlarının işləri ilə tanış olmaq mümkündür. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun