daş küçələrdə canlanan tarix

Mütəxəssisləri təəccübləndirən iki min illik kanalizasiya sisteminin sirrini və qədim Albaniya dövlətinin izlərini özündə yaşadan, Məmməd Əmin Rəsulzadənin bir müddət sığınacaq tapdığı Lahıca səfər etmək daş küçələrdə göz önündə canlanan tarixə səyahət deməkdir.  

daş küçələrdəcanlanan tarix

Lahıc ətrafında tapılmış daş bıçaq və ox ucluqları, gil qablar burada insanların məskunlaşmasının çox qədimlərə – iki min il əvvələ gedib çıxmasından xəbər verir. Qazıntılar zamanı tapılmış bu əşyalar ilə Lahıc Tarix-Diyarşünaslıq Muzeyində tanış ola bilərsiniz. Burada nümayiş olunan 18-ci əsrə aid misgər körüyü də marağınıza səbəb olacaq. Albaniya tarixinin izləri ilə maraqlananlar isə haykinq etməklə Girdiman qalasına çıxa bilərlər. Bu haykinq marşrutu Niyaldağın zirvəsinə qədər uzanır və gedilməsi çətin olmayan marşrutla geri qayıdarkən “7 şəlalə” adlandırılan şəlalələri də seyr etmək mümkündür. 

Karvan yollarının üstündə yerləşən, sənətkarlıq və ticarətin inkişaf etdiyi Lahıc orta əsrlərdə də feodal şəhəri kimi öz mövqeyini qorumuşdur. Lahıcın şəhər mədəniyyətinin xüsusi cəhətlərindən biri küçələrinin daş döşəmələri və artıq suların axıdılması üçün çay daşından tikilmiş yeraltı kürəbəndlər – kanalizasiya xətləridir. Bu xətlərin quruluşu və salınma texnikası bu gün də mütəxəssislərin heyrətinə səbəb olur. Lahıcın memarlıq abidələri isə onun tarixinin ayrılmaz hissəsidir. Deyilənə görə, vaxtilə 7 məhəllədən ibarət olan Lahıcda hər məhəllənin özünün məscidi, hamamı olmuşdur. Hazırda Lahıcda mövcud olan beş məscid də elə yerləşdikləri məhəllələrin adları ilə adlandırılıb: Bədöyün məscidi, Ağolu məscidi, Zəvəro məscidi, Aşağı və Yuxarı Ərəgit məscidləri 18-19-cu əsrlərin yadigarıdır. Bu gün qalıqları qorunan və XVIII ərdə tikildiyi güman edilən 72 otaqlı karvansara da turistlərin diqqətini çəkən yerlərdəndir. XIX əsrdə tikilmiş Hacı Molla Hüseyn hamamı isə hazırda da qəsəbə sakinlərinə xidmət göstərir. 

Lahıc tarixinin başqa bir səhifəsi isə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Cümhuriyyətin süqutundan sonra bolşevik təqibləri ilə üzləşən M.Ə. Rəsulzadə bir müddət Lahıcda sığınacaq tapmış, hətta “Əsrimizin Siyavuşu” əsərini də burada yazıb tamamlamışdır. Təqiblərdən yayınmaq üçün tez-tez qaldığı evləri dəyişdiyi üçün bu gün Lahıcda bir neçə ev “Rəsulzadənin qaldığı ev” kimi tanınır. Lahıca səfər etməklə onun daş küçələri arasında gizlənən tarixi keçmişə səyahətə çıxa bilərsiniz. 

daş küçələrdə | canlanan tarix
QALEREYA

Lahıcda qədim tarixə və orta əsrlər şəhərinə səyahət

xəritədə bax

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
5.8°C
Orta:
-3 – 9.2°C / 26.6–48.6°F

Temperaturu hiss et

Hazırda:
6°C
Orta:
-3.3 – 9°C / 26.1–48.2°F

Külək

Hazırda:
  • Laylı buludlar
  • Cənub-Cənub-Şərq
  • sürət 5.6 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

İsmayıllıdadigər fəaliyyət növləri

Lakeside Garden – İsmayıllı
Lakeside Garden – İsmayıllı
Ailəvi istirahət

Lakeside Garden – İsmayıllı

Sevdiklərinizlə fərqli istirahət keçirmək, aqroekoturizm təcrübəsi yaşamaq üçün təbiət və tarix qoxan İsmayıllıda yeriniz hazırdır!... Daha ətraflı

Təbiətin səssizliyində ruhunuzun dincliyi
Təbiətin səssizliyində ruhunuzun dincliyi
Macəra və idman

Təbiətin səssizliyində ruhunuzun dincliyi

Gündəlik işlərdən, ətrafdakı səs-küydən uzaqlaşıb təbiətlə baş-başa qalmaq müasir günümüzdə hər kəsin arzususdur. Bu arzunu... Daha ətraflı

Lahıcda misgərlərlə ünsiyyət
Lahıcda misgərlərlə ünsiyyət
Intangible Cultural Heritage

Lahıcda misgərlərlə ünsiyyət

Lahıcı Azərbaycanın misgərlik mərkəzi adlandırırlar. Əgər hələ də bu gözəl tarixi məkanda olmamısınızsa, növbəti səfər... Daha ətraflı

Basqalda kəlağayı master-klasları
Basqalda kəlağayı master-klasları
İncəsənət, mədəniyyət, irs

Basqalda kəlağayı master-klasları

YUNESKO-nun mədəni irsi siyahısına salınmış Azərbaycan kəlağayıları qadınların sevimli baş örtüyüdür. Amma kəlağayıların funksiyası yalnız... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

İsmayıllı
İsmayıllı

İsmayıllı

İsmayıllı tarixi abidələr və gözəl təbiətlə bərabər, dadlı təamları ilə də məşhurdur. Bura gəlib bal, süd məhsulları və füsunkar şərabın dadına baxıb, Lahıc sənətkarlarının işləri ilə tanış olmaq mümkündür. Daha ətraflı

Şimal-qərb marşrutu
Şimal-qərb marşrutu

Şimal-qərb marşrutu

Böyük Qafqaz dağlarının cənub yamacı boyunca uzanan bu gözoxşayan marşrutla qədim səyyah və tacirlərin izi ilə gedəcəksiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun