Göygöl
Azərbaycanda qədim şərabçılığın tarixi kökləri Göygöl şəhərinə gedib çıxır. Helenendorf (indiki Göygöl) ərazisinə köç edən almanlar Azərbaycanın müasir şərab sənayesinin əsasını qoyublar. 1860-cı ildə Kristofer Forer adlı şəxs öz üzüm bağlarını ailə biznesinə çevirərək Azərbaycanın ən böyük şərab istehsalçısı kimi ilk dəfə Avropaya şərab idxal etmişlər. Bu bölgə həm də ənənəvi spirtli içkilərin hazırlanması ilə də məşhurdur.
1940-cı illərdə burada məskunlaşan alman əhalisinin sürgün edilməsinə baxmayaraq, “Göygöl” şərab zavodu bu gün də Forerlər irsini özündə daşıyır. Həmin irsi görmək üçün şərab zavoduna baş çəkib 1860-cı illərdən qalma zirzəmilərdə şərabları dequstasiya edə, həmçinin 15 növ şərab və konyakın dadına baxa bilərsiniz. Zavod hazırda 500 hektardan artıq üzüm bağından yığılan 13 növdə üzüm çeşidi emal edir və Xan, Göygöl, Helenendorf, Qarabağ kimi satışa çıxarılan yüksək keyfiyyətli şərab seçimi ilə yanaşı, mükafata layiq görülən konyakları ilə də tanınır.