Abşeron-Xızı mətbəxinə qastronomik səyahət

Abşeron-Xızı mətbəxi elə bu torpaqların özü kimi rəngarəng və özünəməxsusdur. Bu bölgənin mətbəxi sanki dad xəritəsidir — Xəzər sahilindən dağ ətəklərinə doğru hər bir guşənin öz ləzzəti, öz hekayəsi var.

Abşeron-Xızı mətbəxinəqastronomik səyahət

Bölgənin yeməkləri Xəzərin sərin mehindən, günəşdə qurudulmuş dağ otlarından və bərəkətli torpağın bəxş etdiyi ləzzətlərdən yaranan unikal bir sintezdir. Abşeron-Xızı mətbəxində sadə kənd plovlarından tutmuş xüsusi reseptlərlə hazırlanan şirniyyatlara və qədim şəhər təamlarına qədər geniş bir dad palitrası mövcuddur.

Bu dadlar arasında ayrıca yeri olan, süfrəyə xüsusi rəng qatan ləzzətlərdən biri də şəkərçörəyidir. Əridilmiş kərə yağı şəkər kirşanı ilə qarışdırılır, üzərinə yumurta sarısı və çay sodası əlavə olunur. Qarışığa ələnmiş un qatılaraq bərk xəmir yoğrulur. Sonra isə hazırlanan kündələrin üzərinə yumurta sarısı çəkilir və 175–180°C-də sobada bişirilir. Bayram süfrələrinin və kənd qonaqlıqlarının vazkeçilməz hissəsi olan bu şirniyyat, eyni zamanda ailə yığıncaqlarının dadlı bir xatirəsinə çevrilib.

Corat bozbaşı Abşeronun eyniadlı qəsəbəsinə məxsus, zəngin dadı və özünəməxsus hazırlanma qaydası ilə seçilən bir yeməkdir. Əvvəlcədən bişirilmiş tikə ət, kartof və noxudla yanaşı, düyü, soğan və ədviyyatlarla yoğrulmuş qiymədən küftə hazırlanır. Hər küftənin içinə alça turşusu qoyulur, sonra isə həmin küftələr bir müddət sərin yerdə saxlanılır və bulyonda bişirilir. Süfrəyə hər porsiyada bir küftə, bir tikə ət, bir kartof və bir qaşıq noxud təqdim olunur, üzərinə isə xörəyin suyu və quru nanə əlavə edilir. Bu dadlı və doyumlu yemək bölgənin kulinariya mirasında xüsusi yer tutur.

Əvəlikli çilov isə yazın təravətini süfrəyə gətirən yeməklərdəndir. Qurudulmuş əvəlik suda isladılıb qaynadıldıqdan sonra sıxılır və bişmiş düyü və lobya ilə qarışdırılır. Qazanın dibinə yağ əlavə edilərək düyü yığılır. Üzərində oyuqlar açılır və çiy yumurtalar vurulur, sonra düyü ilə örtülərək dəmə qoyulur. Əvəlikli çilov süfrəyə ənənəvi olaraq sarımsaqlı qatıqla birlikdə təqdim edilir.

Bu ənənəvi təamlar təkcə bölgənin dad palitrasını deyil, həm də onun tarixini və nəsildən-nəslə ötürülən ənənələri qoruyur.

QALEREYA

Unudulmaz ləzzətləri dadmaq üçün Abşeron-Xızı bölgəsinə yollan

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
27.6°C
Orta:
20.7 – 28.6°C / 69.3–83.5°F

Temperaturu hiss et

Hazırda:
29.6°C
Orta:
17.4 – 30.3°C / 63.3–86.5°F

Külək

Hazırda:
  • Sunny; windy this afternoon
  • Şimal
  • sürət 22.2 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

Xızıdadigər fəaliyyət növləri

Rənbərəng dağlar növbənöv quşlar
Rənbərəng dağlar növbənöv quşlar
National parks (birdwatching)

Rənbərəng dağlar növbənöv quşlar

Xızı dağları müxtəlif çalarlı ətəkləri, Altıağac Milli Parkı isə yaşıl meşələri ilə yanaşı, həm də... Daha ətraflı

Beşbarmaq dağı quşların miqrasiya dəhlizi
Beşbarmaq dağı quşların miqrasiya dəhlizi
Ornitoloji turizm

Beşbarmaq dağı quşların miqrasiya dəhlizi

Gün ərzində 200 000-ə yaxın quşun uçub keçdiyi ərazidə olmaq istəyirsiniz? Elə isə 320-dən çox... Daha ətraflı

Beşbarmaq dağını ziyarət
Beşbarmaq dağını ziyarət
İncəsənət, mədəniyyət, irs

Beşbarmaq dağını ziyarət

Sirlərlə zəngin olan Beşbarmaq dağı xalqımız üçün müqəddəs ziyarətgahlardan biridir. Bura niyyət edib gələn insanlar... Daha ətraflı

Rəngarəng Xızı dağlarında gəzinti
Rəngarəng Xızı dağlarında gəzinti
Ailəvi istirahət

Rəngarəng Xızı dağlarında gəzinti

Xızı dağları unikal təbiət hadisəsidir. Bu gözəlliyi öz gözünüzlə görmək və ən əsası da, hər... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun