Beşbarmaq dağını ziyarət

Sirlərlə zəngin olan Beşbarmaq dağı xalqımız üçün müqəddəs ziyarətgahlardan biridir. Bura niyyət edib gələn insanlar öz arzularının çin olması üçün pənah gətirirlər.

Beşbarmaq dağınıziyarət

Bakıdan Qubaya səfər edərkən magistral yolun sol tərəfində yerləşən Beşbarmaq dağının hündürlüyü 382 metrdir. Zirvəsindəki qayalar insan əlinin beş barmağına oxşadığına görə, qədim zamanlardan bu dağı Beşbarmaq adlandırırlar. Əfsanəyə görə, “dirilik suyu” axtarışında olan Xıdır peyğəmbər bu dağın zirvəsindəki bulaqdan su içir və ölməzlik qazanır. Bu gün insanlar həmin sirli dağa gəlib dualar edirlər. Bir turist destinasiyası olaraq ənənəvi dini ritualları yerinə yetirmək baxımından, o cümlədən Xəzər dənizinin möhtəşəm mənzərələrinə tamaşa etmək üçün bu dağı ziyarət etməyə dəyər. Bundan əlavə, bu dağ Azərbaycanda ornitoloji turizm üçün ən gözəl yerlərdən biridir. Buradakı dağlar və dəniz arasındakı keçid, köç edən yüzlərlə quş növü üçün dəhliz rolunu oynayır.

Beşbarmaq dağını | ziyarət
QALEREYA

Beşbarmaq dağının sirlərini kəşf edin

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
7.6°C
Orta:
2.6 – 9.3°C / 36.7–48.7°F

Temperaturu hiss et

Hazırda:
5.7°C
Orta:
2.1 – 10.3°C / 35.8–50.5°F

Külək

Hazırda:
  • Laylı buludlar
  • Şimal-Qərb
  • sürət 5.6 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yaz, yay, payız

xəritədə bax

Xızıdadigər fəaliyyət növləri

Rənbərəng dağlar növbənöv quşlar
Rənbərəng dağlar növbənöv quşlar
National parks (birdwatching)

Rənbərəng dağlar növbənöv quşlar

Xızı dağları müxtəlif çalarlı ətəkləri, Altıağac Milli Parkı isə yaşıl meşələri ilə yanaşı, həm də... Daha ətraflı

Beşbarmaq dağı quşların miqrasiya dəhlizi
Beşbarmaq dağı quşların miqrasiya dəhlizi
Ornitoloji turizm

Beşbarmaq dağı quşların miqrasiya dəhlizi

Gün ərzində 200 000-ə yaxın quşun uçub keçdiyi ərazidə olmaq istəyirsiniz? Elə isə 320-dən çox... Daha ətraflı

Şorabadda kaytsörfinq həyəcanı
Şorabadda kaytsörfinq həyəcanı
Macəra və idman

Şorabadda kaytsörfinq həyəcanı

Ölkəmizdə ilk kaytsörfinq mərkəzinə baş çəkməklə Xəzər küləklərinin həqiqi gücünü hiss edə bilərsiniz.  Daha ətraflı

Rəngarəng Xızı dağlarında gəzinti
Rəngarəng Xızı dağlarında gəzinti
Ailəvi istirahət

Rəngarəng Xızı dağlarında gəzinti

Xızı dağları unikal təbiət hadisəsidir. Bu gözəlliyi öz gözünüzlə görmək və ən əsası da, hər... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Xızı
Xızı

Xızı

Mikayıl Müşfiq və Cəfər Cabbarlı kimi dahi ədiblərin doğma yurdu olan Xızının rəngarəng dağları, fərqli təbiət mənzərələri heyranedicidir. Daha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun