rəngarəng Xızı dağlarında gəzinti

Xızı dağları unikal təbiət hadisəsidir. Bu gözəlliyi öz gözünüzlə görmək və ən əsası da, hər kəsin bəyənəcəyi gözəl fotolar üçün bu dağlara baş çəkməlisiniz.

rəngarəng Xızı dağlarındagəzinti

Azərbaycanın ən mənzərəli yollarından biri Bakı - Quba yolunun 40-cı kilometrindən Altıağaca doğru gedir. Bu yolla gedərkən qırmızı, narıncı, tünd qəhvəyi və çəhrayı rənglərə boyanmış çox da hündür olmayan, amma gözəlliyi ilə göz oxşayan çox sayda dağlar görəcəksiniz. Məhz bu dağlar Azərbaycanda çox məşhur olan Xızı dağlarıdır. Bu məftunedici rənglərin yaranmasının səbəbi qrunt sularının təsiri ilə qayaların tərkibindəki dəmirin oksidləşməsidir.  Bakıda turizm şirkətləri tərəfindən payız və yaz aylarında təşkil edilən haykinq turlara qoşulub bu yerləri gəzməyə çıxın. Ayaqlarınızın altına diqqətlə nəzər salın: burada  tabaşir dövrünə aid kiçik qalıqlara və bəlkə də, molyusklara bənzər belemnitlərə rast gələcəksiniz. Bu dağları həm də "şəkər dağları" da adlandırırlar. Eyni tipli dağlara Peru və Çində də rast gəlmək olar. 

rəngarəng Xızı dağlarında | gəzinti
QALEREYA

Xızı dağlarında gəzintiyə çıxın

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
4.3°C
Orta:
2.2 – 13.1°C / 36.0–55.6°F

Temperaturu hiss et

Hazırda:
0°C
Orta:
2.1 – 12.1°C / 35.8–53.8°F

Külək

Hazırda:
  • Əsasən günəşli və isti
  • Cənub-Cənub-Qərb
  • sürət 14.8 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Yay

xəritədə bax

Xızıdadigər fəaliyyət növləri

Rənbərəng dağlar növbənöv quşlar
Rənbərəng dağlar növbənöv quşlar
National parks (birdwatching)

Rənbərəng dağlar növbənöv quşlar

Xızı dağları müxtəlif çalarlı ətəkləri, Altıağac Milli Parkı isə yaşıl meşələri ilə yanaşı, həm də... Daha ətraflı

Beşbarmaq dağı quşların miqrasiya dəhlizi
Beşbarmaq dağı quşların miqrasiya dəhlizi
Ornitoloji turizm

Beşbarmaq dağı quşların miqrasiya dəhlizi

Gün ərzində 200 000-ə yaxın quşun uçub keçdiyi ərazidə olmaq istəyirsiniz? Elə isə 320-dən çox... Daha ətraflı

Beşbarmaq dağını ziyarət
Beşbarmaq dağını ziyarət
İncəsənət, mədəniyyət, irs

Beşbarmaq dağını ziyarət

Sirlərlə zəngin olan Beşbarmaq dağı xalqımız üçün müqəddəs ziyarətgahlardan biridir. Bura niyyət edib gələn insanlar... Daha ətraflı

Şorabadda kaytsörfinq həyəcanı
Şorabadda kaytsörfinq həyəcanı
Macəra və idman

Şorabadda kaytsörfinq həyəcanı

Ölkəmizdə ilk kaytsörfinq mərkəzinə baş çəkməklə Xəzər küləklərinin həqiqi gücünü hiss edə bilərsiniz.  Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Bakı
Bakı

Bakı

Qədimlik ilə müasirliyin vəhdəti olan Bakıya xoş gəlmisiniz. Küləklər şəhəri Bakıda hər kəsi səmalara ucalan Alov Qüllələri, YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmış İçərişəhər, onlarla tarixi və mədəni abidələr və daha bir çox maraqlı məqamlar gözləyir. Daha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun