Beşbarmaq dağı quşların miqrasiya dəhlizi

Gün ərzində 200 000-ə yaxın quşun uçub keçdiyi ərazidə olmaq istəyirsiniz? Elə isə 320-dən çox quş növünün məskunlaşdığı “Beşbarmaq dağı” Qoruğuna səfər edin.

Beşbarmaq dağıquşların miqrasiya dəhlizi

Beşbarmaq dağıquşların miqrasiya dəhlizi

Beşbarmaq dağı və ətraf ərazilər Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun tərkibinə daxil edilib. Burada quşların 90 km uzunluğunda olan miqrasiya dəhlizi Qafqaz dağları ilə Xəzər dənizi arasından keçir və “darboğaz” (beynəlxalq ekspertlər tərəfindən “bottleneck”) olaraq adlandırılır. 

Təbii landşaft səbəbi ilə Beşbarmaq quş müşahidəçiləri üçün unudulmaz təcrübə vəd edir. Xüsusən də, yaz və payız aylarında bu ərazidən hər gün 200 000-dən çox quş miqrasiya edir. Hesablanmışdır ki, Beşbarmaqda bir gün içində 100-dən çox quş növünü müşahidə etmək olar – bu, həqiqətən də, unikal fürsətdir! Burada gün ərzində imperator qartalı, çığırğan xallı qartal, qara kərkəs, çöl belibağlısı, çöl sarı, şahin də daxil olmaqla 20-ə yaxın yırtıcı quşla bərabər, adi bəzgək, çöl haçaquyruğu, boz sığırçın, kiçik qarabatdaq, kiçik torağayı və digər bir çox böyük quş dəstələrini də görmək mümkündür. Dəhlizdən minlərlə ördəkkimilər, vağlar və cüllütlər keçir. Sərçəkimilər də burada istirahət edirlər və onların aralarında bəziləri nadir tapıntı kimi qiymətləndirilir. Eyni zamanda, Beşbarmaq dağının zirvəsinə qalxaraq qayalıq fitçisi, qayalıq sərçəsi, qaraboyun çaxraqçıl və bəzən qırmızıqanad dırmanca da rast gəlmək mümkündür. 

Əraziyə xas quşlar

Çöl haçaquyruğu (Glareola nordmanni)
İmperator qartalı (Aquila heliaca) 
Çöl qartalı (Aquila nipalensis) 
Ağqanad torağay (Alauda leucoptera) 
Çöl belibağlısı (leyi) (Circus macrourus)
Qarabaş güləyən qağayı (Ichthyaetus ichthyaetus)
Qırmızıqarın dağdaçapan (Anthus rubescens)
Leşcil ağ kərkəs (Neophron percnopterus)
Qara çalağan (Milvus migrans)
Qaragöz qızılquş (Falco subbuteo)
Adi bəzgək (Tetrax tetrax)
Göy qaya qaratoyuğu (Monticola solitarius)
Qaya sərçəsi (Petronia petronia)

Qırmızıqanad dırmanc (Tichodroma muraria)

 

 

 

Ən uyğun dövrlər

Quşların miqrasiya dövrü mart ayından mayın sonuna qədər davam edir və daha çox sayda quş növünü aprelin ortalarından mayın əvvəlinə qədər müşahidə etmək mümkündür. Payızda isə miqrasiya avqustun ortalarından dekabrın ortalarına qədər uzanır. Bu dövrdə ən uyğun vaxt oktyabrın ortalarından noyabrın sonuna qədər hesab olunur.

Gecələmə 

Ərazidən cəmi 3 km məsafədə yerləşən “Zarat” hoteli (+994555258707) yaxınlığı, kifayət qədər rahat olması və quş müşahidəçilərini qonaqlama təcrübəsinə görə uyğun hesab olunur. Daha cənubda, Giləzi ərazisində digər yerləşdirmə müəssisələri mövcuddur. Avtomobillə 30 dəqiqəlik məsafədə məşhur “Qalaaltı Hotel & Spa” yerləşir.

Beşbarmaq dağı | quşların miqrasiya dəhlizi
Qalereya

Beşbarmaq dağında quş müşahidəçiliyi zövqü

Faydalı məlumatlar

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
4.3°C
Orta:
2.2 – 13.1°C / 36.0–55.6°F

Temperaturu hiss et

Hazırda:
0°C
Orta:
2.1 – 12.1°C / 35.8–53.8°F

Külək

Hazırda:
  • Əsasən günəşli və isti
  • Cənub-Cənub-Qərb
  • sürət 14.8 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Əraziyə xas quşlar

Göstər:

Xızıdadigər fəaliyyət növləri

Rənbərəng dağlar növbənöv quşlar
Rənbərəng dağlar növbənöv quşlar
National parks (birdwatching)

Rənbərəng dağlar növbənöv quşlar

Xızı dağları müxtəlif çalarlı ətəkləri, Altıağac Milli Parkı isə yaşıl meşələri ilə yanaşı, həm də... Daha ətraflı

Beşbarmaq dağını ziyarət
Beşbarmaq dağını ziyarət
İncəsənət, mədəniyyət, irs

Beşbarmaq dağını ziyarət

Sirlərlə zəngin olan Beşbarmaq dağı xalqımız üçün müqəddəs ziyarətgahlardan biridir. Bura niyyət edib gələn insanlar... Daha ətraflı

Şorabadda kaytsörfinq həyəcanı
Şorabadda kaytsörfinq həyəcanı
Macəra və idman

Şorabadda kaytsörfinq həyəcanı

Ölkəmizdə ilk kaytsörfinq mərkəzinə baş çəkməklə Xəzər küləklərinin həqiqi gücünü hiss edə bilərsiniz.  Daha ətraflı

Rəngarəng Xızı dağlarında gəzinti
Rəngarəng Xızı dağlarında gəzinti
Ailəvi istirahət

Rəngarəng Xızı dağlarında gəzinti

Xızı dağları unikal təbiət hadisəsidir. Bu gözəlliyi öz gözünüzlə görmək və ən əsası da, hər... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Xızı
Xızı

Xızı

Mikayıl Müşfiq və Cəfər Cabbarlı kimi dahi ədiblərin doğma yurdu olan Xızının rəngarəng dağları, fərqli təbiət mənzərələri heyranedicidir. Daha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun