AzərbaycandaSlou Fud Səyahət
Azərbaycanın şimal-qərb marşrutu üzrə səyahət edən qonaqlar üçün Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qax rayonlarını əhatə edən, yerli istehsalçılar, məhsullar və görməli yerləri əks etdirən Slou Fud səyahət xəritəsinə yeni inteqrasiya olunmuş 15 dayanıqlı təcrübə indi əlçatandır. ATB-nin peşəkar komandasının aşpaz, fermer, pendir istehsalçısı, çoban, qəssab və s. kimi yerli istehsalçılarla görüşlər keçirməsi və 100-dən çox kiçik fermer təsərrüfatları ilə əməkdaşlıq etməsi ilə bu layihə miqyasını daha genişləndirmişdir. Hazırda mövcud qastronomik təcrübələrdən tutmuş hotel və digər növ yerləşmə təminatına qədər geniş xidmətlər təklif edən 60 yerli tərəfdaş Slou Fud səyahət modelinə cəlb edilmişdir.
Dinamik qastronomik təcrübə axtarışında olan turistlər konsepsiyada təqdim edilən Azərbaycana məxsus təamlardan dadmaq, ölkəmizin tarixi, mədəni yerləri, təbiəti ilə tanış olmaq imkanına sahibdirlər. Layihə çərçivəsində regionun təbiəti araşdırılaraq Böyük Qafqaz dağlarından yerləşən kəndləri və iqlim tipləri ilə əlaqəli 80 növ yerli tərəvəz, meyvə, ənənəvi ev şirniyyatları, yabanı bitkilər, heyvan cinsləri və digər növlərin xəritəsi hazırlanmışdır. Həmçinin aparılan işlərin nəticəsində Azərbaycandan 31 endemik məhsul və təam Beynəlxalq “Dad gəmisi” siyahısına (aşağıdadır) salınıb. Digər bir mühüm addım isə davamlı təcrübələrin təşviq edilməsi və yerli sahələrin inkişaf etdirilməsi məqsədilə Azərbaycanın 5 Slou Fud Prezidiyasının yaradılması idi. Ata-baba fındığı, Qafqaz camışı, Qafqaz dağ balı, Mədrəsə üzümü və yabanı Qafqaz itburnusu kimi yenidən kəşf edilməsi vacib olan yerli məhsullar hazırda milli Dad Gəmisi menyusunda yer alır.
Beynəlxalq şəbəkə olan Slou Fud Aşpazlar Alyansı və bu təşkilata üzvü olan yerli aşpazların birgə səyi nəticəsində “Torpaqdan bazara” və “Tullantısız ləzzət” Slou Fud Dad Gəmisi beynəlxalq onlayn kataloqu təqdim edilmişdir. Camış qatığı, Mədrəsə üzümü və Kür ilanbalığı milli yeməklərdə istifadə edilən yerli məhsullardan yalnız bir neçəsidir. Regionda fəaliyyət göstərən restoranlar da getdikcə bu inqridiyentləri şimal-qərb marşrutu üzrə innovativ reseptlər sırasına daxil edir.