Qədimlik ilə müasirliyin vəhdəti olan Bakıya xoş gəlmişsiniz. Küləklər şəhəri Bakıda səmalara ucalan Alov Qüllələri, YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmış İçərişəhər, onlarla tarixi və mədəni abidələr və daha çox maraqlı məqamlar hər kəsi gözləyir. Daha ətraflı
Quba – əzəmətli Qafqaz dağlarına açılan qapıdır. Ekoturizm və açıq hava fəaliyyətlərinə üstünlük verənlər üçün Quba mükəmməl seçimdir. Daha ətraflı
Şəki – qədim İpək Yolu üzərində yerləşən və heyrətamiz memarlığı, ləzzətli yeməkləri və mehriban insanları ilə tanınan əsl şərq şəhəridir. Şəki bu gün də sanki orta əsrlərə xas cazibəsini qoruyur. Daha ətraflı
Naxçıvan təbiəti, gözoxşayan mənzərələri və özünəməxsus mətbəxi ilə ölkəmizin digər bölgələrindən tamamilə fərqlənir. Burada qədim insan məskənlərini, müxtəlif əsrlərə aid tarixi abidələri ziyarət etmək olar. Naxçıvanda sonsuz sayda sirlər və əfsanələr mövcuddur. Buranın daim inkişaf edən turizm infrastrukturu sizi təəccübləndirəcək. Daha ətraflı
Mikayıl Müşfiq və Cəfər Cabbarlı kimi dahi ədiblərin doğma yurdu olan Xızının rəngarəng dağları, fərqli təbiət mənzərələri heyranedicidir. Daha ətraflı
Azərbaycanın “şimal qapısı” ölkənin ən hündür zirvələri, yüksək səviyyəli dağ-xizək kurortu, gözəl dağ kəndləri və ləzzətli ləzgi mətbəxi və bütün bunları özündə birləşdirən Qafqaz dağlarının heyranedici təbiəti ilə seçilir. Daha ətraflı
Şirvanşahlar dövlətinin uzun müddət paytaxtı olmuş Şamaxı bu gün də keçmiş əzəməti və təbii gözəllikləri ilə heyran edir. Daha ətraflı
İsmayıllı tarixi abidələr və gözəl təbiətlə bərabər, dadlı təamları ilə də məşhurdur. Bura gəlib bal, süd məhsulları və füsunkar şərabın dadına baxıb, Lahıc sənətkarlarının işləri ilə tanış olmaq mümkündür. Daha ətraflı
Şəhər həyatından bezmisinizsə, dərhal Qəbələyə yollanmalısınız. Burada şam meşələrinin əhatəsində ruhunuz tamamilə dincələcək. Daha ətraflı
Qafqaz dağlarının ən gözəl guşələrindən biri də Qaxdır. Bura istər qış, istərsə də yayda gözəldir. Daha ətraflı
Azərbaycanın multikultural dəyərlərə sahib bölgələrindən biri olan Zaqatala tarixi abidələrin zənginliyi və bir çox maraqlı kulinariya sirləri ilə seçilir. Daha ətraflı
Dahi Azərbaycan şairi Nizaminin vətəni olan Gəncə tarixi şəhər olmaqla bərabər, müasir və gənc ruhu ilə seçilir. Bu şəhərdə qədim dövrlərdən qalma abidələrlə yanaşı, xanlıqlar və Azərbaycan Xalq Cümhuriyyətinə aid irs də qorunur. Daha ətraflı
Göygöl şəhəri və rayon ərazisindəki əsrarəngiz təbiət turistlərin diqqətini çəkməyə bilməz. Bu gün də həm tarixi məkan, həm də təbiətə səyahət etmək istəyənlər Göygölə yollanır. Daha ətraflı
Naftalan şəhəri Gəncədən bir saatlıq məsafədə yerləşir. Şəhər əsrlər boyu buradan çıxarılan və müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan nadir neft növü ilə tanınır. Daha ətraflı
Təzə, tər tərəvəzlər dedikdə, ilk növbədə Şəmkir rayonu yada düşür. Şəmkir həmçinin qədim abidələri, o cümlədən orijinal parkları ilə seçilir. Daha ətraflı
Əgər təbiətdə dincəlməyi sevirsinizsə, Xəzər dənizi və yamyaşıl Talış dağları arasında yerləşən və nadir təbiəti ilə seçilən Lənkərana səfər edin. Daha ətraflı
Lerikin “uzunömürlülər diyarı” kimi tanınmasına səbəb bu yerlərin saf və sakit təbiətidir. Daha ətraflı
Qarabağ hər bir azərbaycanlının qəlbindədir. Bu qədim diyarımız həm də mədəniyyətin beşiyi sayılır. Qarabağ - qədim alban məbədlərindən dünyanın yeganə Çörək muzeyinə kimi tarixi abidələr, dahi şəxsiyyətlər və Kiçik Qafqaz dağlarının füsunkar təbiətidir. Daha ətraflı
İçərişəhər Bakının tarixi mərkəzidir. Bu qədim şəhər bir vaxtlar Azərbaycanın mühüm liman və ticarət şəhərlərindən biri olmaqla bərabər, mədəni mərkəzlərindən də hesab olunurdu. Bu gün İçərişəhərin dar küçələri ilə gəzərək tarixə səyahət etmək olar. Daha ətraflı
19-cu əsrin ortalarından etibarən başlayan neft bumu milli memarlıq ənənələrimizə də təsirsiz ötüşmədi. Bakıda yerləşən onlarla bina bu dövrün gözəlliyini əks etdirir. Daha ətraflı
Görəsən, insanlar 40 000 il əvvəl necə yaşayıblar? Onların həyat tərzi necə olub? Bu suallara cavabı 6 000-dən çox qədim qayaüstü təsvirlərdən ibarət Qobustanda tapa bilərsiniz. Daha ətraflı
Ən ləzzətli və ənənəvi Quba şirniyyatları paxlava və bükmə hazırlamağı yerli aşpazlardan öyrənin. Daha ətraflı
Qolf həvəskarısınızsa, qolf oynamaq üçün gözəl məkan olan Qafqaz dağlarının ətəklərində, Qubada yerləşən Milli Qolf Klubuna yollanın. Daha ətraflı
Qafqaz dağlarına yolunuzu Rusiya İmperiyasının tərkibində olduğu vaxtlardan qalmış rəngarəng qədim evləri ilə seçilən sakit və qədim Qusar şəhərindən salın. Daha ətraflı
Qəbələ macəra həvəskarları üçün mükəmməl seçimdir. Burada həm də Atıcılıq Klubuna baş çəkərək, hədəfi nişan ala bilərsiniz. Daha ətraflı
Şəki şəhərində özünə və yaxınlarına hədiyyə seçmək asan iş deyil. Bu kiçik şəhərdə onlarla sənətkar bir-birindən gözəl əl işləri hazırlayır və satışa çıxarır. Bu əsərlər arasında ürəyinizcə olanı seçmək üçün isə şəhərdəki çoxsaylı mağaza və emalatxanaları gəzməli olacaqsınız. Daha ətraflı
Bakı bulvarı hər kəsin sevimli istirahət məkanıdır. Burada həm əylənmək, həm dincəlmək,... Daha ətraflı
Bakı da hər zövqə uyğun geyim, zinət əşyaları və dəb mağazaları fəaliyyət... Daha ətraflı
İçərişəhər Bakının tarixi mərkəzidir. Bu qədim şəhər bir vaxtlar Azərbaycanın mühüm liman və ticarət şəhərlərindən biri olmaqla bərabər, mədəni mərkəzlərindən də hesab olunurdu. Bu gün İçərişəhərin dar küçələri ilə gəzərək tarixə səyahət etmək olar. Daha ətraflı
19-cu əsrin ortalarından etibarən başlayan neft bumu milli memarlıq ənənələrimizə də təsirsiz ötüşmədi. Bakıda yerləşən onlarla bina bu dövrün gözəlliyini... Daha ətraflı
Qolf həvəskarları həmişə həyəcanlı mübarizə və gözəl mənzərə axtarışındadırlar. Bütün bunları Bakıda... Daha ətraflı
Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.