uzunömürlülər diyarı Leriki kəşf edin

Lerikdə təbiətin seyrinə dalıb gözəllikdən zövq ala bilərsiniz. Bu diyar uzunömürlüləri ilə tanınır. Əgər buradakı insanların necə belə uzun ömür yaşadığı sizə də maraqlıdırsa, Lerikə yollanın.

uzunömürlülər diyarıLeriki kəşf edin

Talış dağlarının zirvələrində yerləşən sakit Lerik şəhəri dağlar, çaylar və şəlalələrlə zəngin möhtəşəm təbiət mənzərələri ilə əhatə olunub. Lerikin suyu, havası, bitkiləri o qədər təmiz və canlıdır ki, sakinlər onların sağlamlığa faydalı olduğuna əmindirlər. Elə buna görə də Lerik məhz uzunömürlüləri ilə tanınır. Günümüzdə də Lerikdə yaşayan uzunömürlü insanların sayı kifayət qədər çoxdur. Burada insanlar 100 ildən artıq ömür sürür və onların həyat tərzi, təbiətlə bağlılığı böyük maraq doğurur. Heç də təsadüfi deyildir ki, dünyada yeganə olan Lerik Uzunömürlülər muzeyi bu regionda yaradılmışdır. Müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunan və 2 salondan ibarət muzeydə yaşı 100-ü keçmiş 50-dən çox lerikli haqqında 2 mindən artıq eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer almışdır. Muzeydə adı çəkilən ən məşhur şəxslərdən biri də 168 il ömür sürmüş Barzavu kənd sakini Şirəli Müslümovdur. Əgər uzun və sağlam ömrün sirlərini öyrənmək istəyirsinizsə, Lerikə səfər etməyi unutmayın.

uzunömürlülər diyarı | Leriki kəşf edin
QALEREYA

Lerik sakinlərinin uzun və sağlam ömür sürmələrinin sirrini kəşf edin

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
3.7°C
Orta:
2.8 – 15.3°C / 37.0–59.5°F

Temperaturu hiss et

Hazırda:
1.8°C
Orta:
2.7 – 15.9°C / 36.9–60.6°F

Külək

Hazırda:
  • Qismən günəşli və buludlu
  • Şərq-Cənub-Şərq
  • sürət 11.1 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Lerikdə uzunömürlülər muzeyi

Göstər:

Lerikdədigər fəaliyyət növləri

Lerikdə mağaraların kəşfi
Lerikdə mağaraların kəşfi
Muzeylər və qalereyalar

Lerikdə mağaraların kəşfi

Səfalı təbiəti, təmiz havası ilə insan ruhunu dincəldən Lerikdə təbiətin yaratdığı gözəlliklərdən öz payınızı alacaqsınız.... Daha ətraflı

Dağlar qoynunda sərgüzəştlər
Dağlar qoynunda sərgüzəştlər
Digər marşrutlar

Dağlar qoynunda sərgüzəştlər

Lerikin Talış dağlarında yerləşən kəndlərinin biri digərindən gözəldir. Burada sizi əsrlərlə yaşı olan ağaclarla yanaşı,... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Lerik
Lerik

Lerik

Lerikin “uzunömürlülər diyarı” kimi tanınmasına səbəb bu yerlərin saf və sakit təbiətidir. Daha ətraflı

Cənub marşrutu
Cənub marşrutu

Cənub marşrutu

Azərbaycan təbiətinin müxtəlifliyini həqiqətən duymaq üçün cənuba, alovlanan bulaqlar, təbii ehtiyatlar və əzəmətli Talış dağlarının yurdu Lənkəran, Lerik və Astaraya üz tutmalısınız. Buranın yerli mətbəxi də möhtəşəmdir – balıq ləvəngisi, yaxud parça-döşəmə plovu dadmadan və Azərbaycanın təzə toplanmış çaylarından bir qurtum içmədən buranı tərk etməyin. Daha ətraflı

xəbər bülletenimizə abunə olun