Lerikdə mağaraların kəşfi

Səfalı təbiəti, təmiz havası ilə insan ruhunu dincəldən Lerikdə təbiətin yaratdığı gözəlliklərdən öz payınızı alacaqsınız. Açıq təbiət muzeyini xatırladan gözəl mənzərələr, qədim mağaralar, abidələr bu diyardadır.

Lerikdəmağaraların kəşfi

Hər tərəfdən dağ silsilələri ilə əhatə olunan Lerik rayonu cənub zonasının ən gəzməli-görməli yerlərindən biridir. Məhz Lerikin Zuvand ərazisində, Zuvandçay yatağından 75-100 metr yüksəklikdə yerləşən qədim mağaralar var ki, ziyarətçilərə rayonun tarixindən xəbər verir. Talış dağlarının möhtəşəm Dəlikdaş zirvəsində qərar tutan mağara Buzeyir mağarası adlanır. Buzeyir kəndinin yaxınlığında aşkar edildiyi üçün mağara bu cür adlandırılır və ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Belə ki, mağaradan tapılan maddi nümunələr Paleolit dövrünə aid edilir. Bu və bir-birinə yaxın yerləşən digər mağaralara yalnız piyada qalxmaq mümkündür və bunun üçün xüsusi geyim tələb olunur. Ərazi sıldırım qayalıq olduğundan yerli bələdçiyə müraciət edə bilərsiniz. Maraqlıdır ki, mağaralarda yayın ən qızmar vaxtı belə hərarət 15 dərəcədən yuxarı qalxmır. Həmçinin bu yerlərdə nadir quş növlərinin müşahidəsi üçün əlverişli şərait var. Həmin quşlara ağboğaz bülbül, qısabarmaq sərçə və qırmızıqanad mərcimək quşu aid edilir.

Lerikdə | mağaraların kəşfi
QALEREYA

Lerikdə sirli mağaraları kəşf edin

FAYDALI MƏLUMATLAR

hava və mövsüm

Havanın temperaturu

Hazırda:
-1.1°C
Orta:
-1.9 – 4.4°C / 28.6–39.9°F

Temperaturu hiss et

Hazırda:
-8°C
Orta:
-8 – 7.4°C / 17.6–45.3°F

Külək

Hazırda:
  • Not as cold with sunshine
  • Cənub
  • sürət 7.4 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Lerikdə uzunömürlülər muzeyi

Göstər:

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Lerikdədigər fəaliyyət növləri

Dağlar qoynunda sərgüzəştlər
Dağlar qoynunda sərgüzəştlər
Digər marşrutlar

Dağlar qoynunda sərgüzəştlər

Lerikin Talış dağlarında yerləşən kəndlərinin biri digərindən gözəldir. Burada sizi əsrlərlə yaşı olan ağaclarla yanaşı,... Daha ətraflı

Uzunömürlülər muzeyinə ziyarət
Uzunömürlülər muzeyinə ziyarət
İncəsənət, mədəniyyət, irs

Uzunömürlülər muzeyinə ziyarət

Lerikdə təbiətin seyrinə dalıb gözəllikdən zövq ala bilərsiniz. Bu diyar uzunömürlüləri tanınır. Əgər sizə də... Daha ətraflı

region və marşrut barədədaha ətraflı

Lerik
Lerik

Lerik

Lerikin “uzunömürlülər diyarı” kimi tanınmasına səbəb bu yerlərin saf və sakit təbiətidir. Daha ətraflı

Cənub marşrutu
Cənub marşrutu

Cənub marşrutu

Azərbaycan təbiətinin müxtəlifliyini həqiqətən duymaq üçün cənuba, alovlanan bulaqlar, təbii ehtiyatlar və əzəmətli Talış dağlarının yurdu Lənkəran, Lerik və Astaraya üz tutmalısınız. Buranın yerli mətbəxi də möhtəşəmdir – balıq ləvəngisi, yaxud parça-döşəmə plovu dadmadan və Azərbaycanın təzə toplanmış çaylarından bir qurtum içmədən buranı tərk etməyin. Daha ətraflı

xəbər bülletenimizə abunə olun