Çıraqlı – Əzgilli marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına açılan əsrarəngiz mənzərələri müşahidə etmək olar.

Çıraqlı – Əzgilli marşrutuüzrə haykinq

Çıraqlı – Əzgilli marşrutu

Difficulty - Red

"Çıraqlı" sözünün qədim türkdilli etnos olan sirakların, yaxud qızılbaşların çıraqlı tayfasının adından götürüldüyü təxmin edilir. Kəndləri birləşdirən və çılpaq təpəliklər və seyrək meşəlik ərazilərdən keçən yol yalnız yolsuzluq avtomobilləri üçün uyğundur. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin.

  • DISTANCE - 9,3 KM
  • ELEVATION GAIN - 564 M
  • ELEVATION LOSS - 434 M
  • MAX. ALTITUDE - 1880 M
  • MIN. ALTITUDE - 1370 M
  • DURATION - 4 H

Marşrutun ilk 4,6 km-i əsasən yoxuşdur. Kəndin yuxarı çıxışından 1,5 km sonra yolayrıcından düz davam etmək lazımdır. 3,1 km sonra yoxuş bitir və bu yoxuşun sonundakı qəbiristanlıqdan sola dönmək lazımdır. Sonrakı 2 km nisbətən düz ərazidir, Əzgilli kəndinə qədər enişlə davam edir. Yoxuşun bitdiyi – qəbiristanlığa qədər olan hissə əsasən seyrək meşəlik, sonrakı hissə isə ağacsız, çılpaq ərazidir.
 

Ətraf cığırlar

Bu marşrut Çıraqlı – Cavadxan zirvəsi, Çıraqlı – Dəstəfur marşrutları ilə əlaqələndirilə bilər.

Mövsüm

Bütün mövsümlərdə gedilə bilər. 

Qida və gecələmə

Yol boyu və Çıraqlı kəndində mağaza yoxdur. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz. Çıraqlı kəndində “Rasimin qonaq evi”ndə qalmaq olar (+99455 286 5228).
Su

Kəndlərdə bulaqlar var, bundan əlavə marşrut boyunca beş yerdə bulaq var.

Nəqliyyat

Çıraqlı kəndinə Daşkəsən rayonundan maşın yolu yoxdur. Bura Daşkəsən rayonunun Kollu və Dəstəfur kəndlərindən piyada, Əzgilli kəndindən isə maşınla gedə bilərsiniz. Kollu kəndindən 4,1 km, Dəstəfur kəndindən isə 8,5 km məsafədədir.

Əzgilli kəndi Göygöl rayonunun Daşkəsən rayonu ilə sərhəd sonuncu kəndidir. Bu kəndə yeganə maşın yolu Toğana kəndindəndir.

Göygöl avtovağzalından Toğana kəndinə avtobus və ya taksi ilə gedə bilərsiniz. Toğana kəndindən Əzgilli kəndinə getmək üçün dağ maşını lazımdir. Müəyyən ödəniş müqabilində Göygöl Milli Parkının girişindən qeyd edilən məkana sizi yolsuzluq avtomobilində apara bilərlər. Danışıq əsasında eyni avtomobillə geri qayıtmaq üçün sürücüdən gözləməyi xahiş etmək olar.

Təhlükə qeydi

Qəbiristanlıqdan sonra bir neçə yerdə may ayından oktyabr ayının sonunadək çoban alaçıqları olur. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azmaq təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz. 

Çıraqlı – Əzgilli marşrutu

Çıraqlı – Əzgilli marşrutu

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı, Murov silsiləsi, Qoşqar dağına açılan əsrarəngiz mənzərələri müşahidə etmək olar.

 

Xəritəni yükləyin
Qalereya

Çıraqlı – Əzgilli marşrutu

Useful information

weather and season

Havanın temperaturu

Hazırda:
18.1°C
Orta:
15 – 23.6°C / 59.0–74.5°F

Temperaturu hiss et

Hazırda:
22.8°C
Orta:
13.8 – 26.2°C / 56.8–79.2°F

Külək

Hazırda:
  • Sunny and pleasantly warm
  • Cənub
  • sürət 13 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

Göygöldədigər fəaliyyət növləri

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı-Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək Kəpəz dağı,... Daha ətraflı

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Soyuqbulaq – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası,... Daha ətraflı

Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əmirvar – Mahrasa məbədi marşrutu üzrə haykinq

Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu marşrut ilə irəliləyərək, Qız qalası,... Daha ətraflı

Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Çıraqlı – Dəstəfur marşrutu üzrə haykinq

Daşkəsən və Göygöl rayonlarını birləşdirən bu marşrut özünəməxsus gözəlliyə malik Çıraqlı... Daha ətraflı

read more aboutregion and route

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

Göygöl
Göygöl

Göygöl

Göygöl şəhəri və rayon ərazisindəki əsrarəngiz təbiət turistlərin diqqətini çəkməyə bilməz. Bu gün də həm tarixi məkan, həm də təbiətə səyahət etmək istəyənlər Göygölə yollanır. Daha ətraflı

xəbər bülletenimizə abunə olun