Bakıda yay əyləncəsi

Yay açıq havada istirahət fəslidir. Bu fəsildən doyunca zövq almaq üçün Abşeron çimərliklərinə üz tuta, qolf oynaya, ya da sadəcə şəhərin yaşıl parklarında gəzişə bilərsiniz. Bakının istisi yay əyləncəsi üçün ideal olsa da, günəş şüalarından qorunmağı da unutmayın.

Bakı bulvarı

Bakı bulvarı

Xəzərin sahilində ən böyük şəhər olan Bakı həm də gözəl dənizkənarı bulvarı ilə qonaqlarına xoş və maraqlı anlar yaşadır. Gündən-günə ərazisi böyüyən və daha da gözəlləşən bulvarda Xəzərin gözəlliyini seyr edə, müasir alış-veriş mərkəzlərinə başa çəkə, ya da sadəcə gəzişməklə, dincəlməklə vaxtınızı xoş keçirə bilərsiniz. Ətraflı

“Dreamland” qolf klubu

“Dreamland” qolf klubu

Ümumi sahəsi 65 hektarlıq ərazini əhatə edən, misilsiz mənzərəli “Dreamland” qolf klubunun ot örtüyü qolf oyunu üçün bütün tələblərə cavab verir. Burada öz bacarıqlarını nümayiş etdirən peşəkarlardan başqa, təlimlərə qoşulan qolf həvəskarlarına da rast gəlmək olar. Ətraflı

Bakıda çimərliklər və su əyləncəsi

Bakıda çimərliklər və su əyləncəsi

Abşeron çimərlikləri yayın qızmır günlərində sərinləmək üçün ən ideal seçimdir. Narın qumlu çimərliklərdə günəşin hərarətini və dənizin ilıq dalğalarının ruhunu hiss etməkdən başqa, müasir istirahət mərkəzlərində su əyləncələrindən də zövq ala bilərsiniz. Ətraflı

xəbər bülletenimizə abunə olun