where to go on the Caspian coastline

Qızmar yay günlərində sərinləmək üçün tez-tez dəniz sahilinə üz tuturuq. Abşeron çimərlikləri, xüsusən yarımadanın şimalında yeləşən çimərliklər yay aylarında insanları ən çox cəlb edən məkanlardandır. Burada yay evləri, hotellər, SPA mərkəzi və sanatoriyalar istirahətə gələnlərin ixtiyarında olur. Onlardan bəziləri ilə tanış olaq.

Bilgah Beach Hotel

Bilgah Beach Hotel

Bilgəh qəsəbəsində yerləşən “Bilgah Beach Hotel” (bilgahbeachhotel.com) təkcə futuristik üslubda tikilmiş binası ilə seçilmir, həm də yerləşdiyi ərazinin xüsusiyyətlərinə görə sərin havası və mavi dəniz suları ilə məşhurdur. Uzunluğu 300 metrə çatan çimərlikdə dənizin və günəşin nəfəsini doyunca hiss etməklə bərabər, açıq və qapalı hovuzlarda, türk hamamında, fin saunasında dəbdəbəli istirahətdən zövq ala bilərsiniz. Aktiv su əyləncəsi üçün isə “Cali Beach Club”ın aquaparkından istifadə edə bilərsiniz. Burada müxtəlif kateqoriyalı hotel otaqları, villalar, restoranlar, barlar və gecə klubları da xidmətinizdə olacaq.

Amburan Beach Club

Amburan Beach Club

Bilgəh qəsəbəsində, dəniz sahilində yerləşən “Amburan Beach Club”da (amburan.com) açıq hovuzun kənarında rahat şezlonqlarda özünüzə əsl yay istirahətini hədiyyə edə bilərsiniz. Qızılı qumlu çimərlikdə günəş vannası, dostlarla futbol, voleybol və mini qolf əyləncəsi də bu istirahərinizə əlavə rəng qatacaq. Çimərlik ərazisində yerləşən hər üç kafedə siz dondurmadan tutmuş plova qədər müxtəlif təamları nuş edə bilərsiniz. Ailəlikcə xoş anlar yaşayacağınız çimərliyə giriş həftəiçi günlərdə 30 AZN, şənbə və bazar günlərində isə 35 AZN təşkil edir. 12 yaşa qədər uşaqlar üçün isə giriş sərbəstdir.

Dalga Beach Aquapark

Dalga Beach Aquapark

Mərdəkan qəsəbəsində yerləşən “Dalga Beach Aquapark”ın (dalgha.az) təmiz, narın qumlu çimərliyində şezlonqlarda günəş şüalarından zövq almaqdan əlavə kayak, hidrosikl, su xizəyi əyləncəsini də yaşaya bilərsiniz. DJ musiqisinin müşayiəti ilə müxtəlif çətinlikli su atraksiyonlarında əyləncəli anlar yaşamaq üçün çoxları məhz buraya üz tutur. Restoranlarda isə Azərbaycan və italyan mətbəxinin incilərini dada bilərsiniz. Burada gecələmək fikriniz olarsa, cakuzi ilə təchiz olunmuş dördotaqlı, dəniz mənzərəli villada qala bilərsiniz, balacalar isə uşaq-oyun meydançasında əylənəcəklər.

Sea Breeze

Sea Breeze

Nardaran kəndində yerləşən “See Breeze” (seabreeze.az) kurort kompleksi bir neçə hotel binası, dəbdəbəli villaları, barları, restoranları, hovuzları, futbol meydançası, tennis kortu, uşaq-oyun meydançası, fitnes zalları və antiqocalma mərkəzi ilə tam fərqli yay istirahəti təklif edir. Yayın qızmar istisindən xilas ola biləcəyiniz bu dəbdəbəli kurortda dənizin enerjisini bütün ruhunuz və cisminiz ilə hiss edəcəksiniz. “See Breeze” həm də hər yay “JARA” musiqi festivalına ev sahibliyi edir.

Sandy beaches of Absheron Peninsula

Sandy beaches of Absheron Peninsula

If you’re looking for a more local experience, then spend an afternoon on one of the vast sandy beaches lining the Absheron Peninsula – which draw Baku and Absheron locals to while away hot weekends, cooled by a refreshing breeze and dips in the sea. Here you can rent an umbrella, hut or gazebo, order tea and watermelon, and tuck into fresh fish at simple beachside restaurants. Be sure to stay for sunset to see a glorious lilac haze hovering over the Caspian. The best beaches to visit are in the coastal villages of Mardakan, Buzovna, Bilgah and Novkhani, reachable in just over an hour by bus from Koroghlu metro station. But hop in a taxi to get there much quicker (approx 30 minutes). 

xəbər bülletenimizə abunə olun