Romantik istirahətlər adi həyat tərzinizdən bir qədər uzaqlaşmaq və öz yarınızla ehtiyac duyduğunuz vaxtı keçirmək üçün mükəmməl seçimdir. Bunun üçün yeni bir məkanı kəşf etməkdən daha yaxşı nə ola bilər? Azərbaycanda bütün ilboyu müxtəlif maraqlar üzrə romantik ab-hava təklif edən bir çox yer var: mədəniyyət və ya macərasevər, eləcə də müxtəlif mətbəxlərlə maraqlanan və ya partiləri xoşlayan cütlüklər üçün burada müxtəlif istirahət və əyləncə seçimləri vardır.
Tarixi izlərin duyulduğu müasir Bakı şəhərinin yüngül Aralıq dənizi ab-havasını ən yaxşı dənizkənarı bulvarda duymaq olar. Xəzər dənizi və möhtəşəm üfüq mənzərəsi əhatəsində öz əzizlərinizlə saatlarla sürə biləcək sahilyanı gəzintidən zövq ala bilərsiniz.
Məhəbbət və isti münasibətlər ilə xarakterizə olunan bir ölkə kimi Azərbaycanda dadlı yemək, gözəl incəsənət və zövqlü musiqiyə yüksək qiymət verilməsi romantik ab-hava üçün də unudulmaz şərait yaradır. Sevgililər Gününü memarlıq və qastronomiya cəhətdən də zəngin olan dinamik Bakı şəhərində keçirdərək yeni, rəngarəng təcrübələr əldə edə bilərsiniz.
“Four Seasons” hotelində mükəmməl Sevgililər Günü planı
“Kaspia” restoranında romantik görüş təşkil edərək, axırıncı mərtəbədən Xəzər dənizinə açılan möhtəşəm mənzərə və ənənəvi musiqilərin canlı ifası müşayiətində şərab və 4 kurs şam yeməyindən zövq ala bilərsiniz.
Bu təklifin qiyməti 133 avrodur.
14 fevral saat 20:00-dan etibarən qüvvədədir.
Hotelin sağlamlıq və spa mərkəzi olan “Jaleh” spada fevral ayı ərzində sizin üçün xüsusi hazırlanmış spa proqramı çərçivəsində 24 karat qızıl yağı ilə masajdan yararlana bilərsiniz.
Bir cütlük üçün qiyməti 133 avro olan paketə 1 saatlıq qızıl yağı ilə masaj və 30 dəqiqə üzə qulluq daxildir. Üzgüçülük hovuzu, cakuzi, sauna, buxar otağına giriş və yerli çay növlərindən dadmaq isə pulsuzdur.
Bu paketi 14 fevral 2020-ci il tarixində əldə edə bilərsiniz.
Hərtərəfli istirahət üçün əla seçim olan “Chenot Palace" hoteli
Azərbaycanın ən sakit məkanlarından biri olan, yüksək dağlar, çay və göllər, isti bulaqlar və şəlalərlə əhatələnmiş “Chenot Palace Gabala” hotelinə səfər edib fərdi proqramlardan yararlanaraq tam şəkildə dincələ bilərsiniz.
Təklif olunan paketin bir nəfər üçün qiyməti 4950 avro, ikinci şəxs üçün qiyməti isə 3400 avrodur.
1 həftəlik “Qabaqcıl Detoks Anri Şeno” proqramına qoşularaq 1 Lipolitik Qabaqcıl Texnologiya Sessiyasını və hava limanından hotelə, eləcə də hoteldən hava limanına nəqliyyat xidmətini pulsuz əldə edə bilərsiniz.
Bu paket yalnız 30 aprel tarixinə qədər qüvvədədir.
Sevgililər Günü münasibətilə, 3 günlük və ya 1 həftəlik “Anri Şeno” proqramını bron etdikdə otağın qiymətinə 50% endirim olunacaqdır. 2 həftəlik proqram bron etdikdə isə ödənişsiz otaq əldə edəcəksiniz. 14 fevral tarixi hoteldə qalacağınız müddətə daxil olmalıdır.
Sevginizi “Shamakhi Palace” hotelində qeyd edin
Böyük Qafqaz dağlarının yamaclarında yerləşən və şərabçılıq mərkəzi kimi tanınan Şamaxıda yerləşən hotel təbiət qoynunda baş-başa vaxt keçirmək üçün əvəzsiz məkandır. Canlı caz ifası və “Prosecco” şərabının müşayiəti ilə yuxu kimi bir səfərə çıxacaqsınız.
Paketlərin qiyməti 133 avrodan başlayır.
Sevgililər Günü paketinə delüks nömrədə 1 gecə və “Nargiz” SPA mərkəzində masaj xidmətlərinə 20% endirim daxildir. Bu paketi 14 fevral 2020-ci il tarixi üçün əldə etmək mümkündür.
“Holiday Inn” hotelində görüş
Bakının mərkəzində, dəniz limanı və dənizkarı bulvarın yaxınlığında yerləşən “Holiday Inn” hotelində Xəzər dənizinə açılan gözoxşayan mənzərə müşayiətində dincələ bilərsiniz. Hotel eyni zamanda Sevgililər Günü münasibətilə, “Marina 18” restoranında pulsuz şam yeməyi və bir sıra digər xidmətlər də təklif edir.
Standart King otaq, “Inn” spa mərkəzinə və tam təchizatlı idman zalına, gündüz vaxtı qapalı hovuza, sauna və buxar otağına giriş, eləcə də spa xidmətlərinin (əlavə ödəniş tələb oluna bilər) təklif edildiyi paketin qiyməti 272 avrodur.
Paketi 14-16 fevral tarixinlərindən etibarən əldə etmək mümkündür.