Musiqinin möhtəşəm bayramı:Bakı Caz Festivalı

29 Sentyabr 2019
Musiqinin möhtəşəm bayramı: Bakı–2019 Caz Festivalı

Hər il keçirilən beynəlxalq musiqi festivalının 14-cü ildönümünə Azərbaycanın ən böyük və qələbəlik şəhəri olan Bakı ev sahibliyi edəcək və caz dünyasının ən tanınmış sənətçilərindən ibarət heyət Bakıya gələcək .

Ölkənin ən böyük festivallarından biri olan Bakı Caz Festivalı Azərbaycanın caz musiqisi ilə dərin və tarixi əlaqələrini nümayiş etdirir. 10 gün davam edən musiqi bayramı iştirakçılara avanqard, ənənəvi klassik, etno-proqramlardan və simfonik caz musiqisindən zövq alacaqlarını, bu musiqinin hamıda xoş təəssürat yaradacağını vəd edir.

İştirakçılara eyni zamanda dünyanın müxtəlif yerlərindən gəlmiş gənc istedadların iştirak etdiyi seminarlar, caz musiqisi barəsində filmlər, incəsənət və foto sərgiləri təqdim olunacaq. Bunlarla yanaşı, festival hamının iştirak edə biləcəyi gecəyarısı cem-sessiyalar da təqdim edəcəkdir. Giriş pulsuzdur. Bu cem-sessiyalar yerli və beynəlxalq musiqiçilərə üslublarını və cəlbedici qarışıq səs fonlarını təqdim etməyə fürsət verəcək.

Tədbirlər Landmark Biznes Mərkəzi, Muğam Mərkəzi, Musiqili Komediya Teatrı, Milli Konservatoriyanın “Rotunda” Caz Klubu, Kamera və Orqan Musiqi Zalı (Kirxa) da daxil olmaqla, Bakının müxtəlif yerlərində keçiriləcək. Qiyməti 15–80 AZN (42 Avro) arasında dəyişən biletləri aşağıdakı elektron ünvandan əldə etmək mümkündür: https://iticket.az/events/baku-jazz-festival.

"Qafqazın incisi" kimi tanınan Azərbaycan qədimliklə müasirliyi özündə təcəssüm etdirir. Paytaxt Bakının hər bucağı cəlbedici macəra və orijinal təəssüratla dolu olub, Qərb cazibəsinə və Şərq gözəlliyinə malikdir. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycana  Riyaddan gündəlik uçuşlarla 3 saatdan az bir müddətdə gələ bilərsiniz.

xəbər bülletenimizə abunə olun