Dünyaca məhşur Condé Nast nəşriyyət evinin dərc etdiyi Condé Nast Traveller Middle East jurnalının yeni nömrəsində Bakının alış veriş məkanları, yerli sənətkarlar və dizaynerlər haqqında məqalə dərc olunmuşdur. Həmin məqalə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Condé Nast Traveller Middle East jurnalın nümayəndəsinin Bakıya səfəri nəticəsində baş tutmuşdur.
Məqalədə yerli sənətkarların və dizaynerlərin yaradıcılığı və sənətkarlığı vurğulanaraq, Azərbaycanın paytaxtında müxtəlif çeşidli alış-veriş təklifləri araşdırılır. Ənənəvi sənətkarlıq və xalça ənənələrindən tutmuş müasir dizaynlara qədər, orijinallıq axtarışında olan səyahətçilər üçün unikal təcrübə seçimini təqdim edir. Oxucular şəhərin ənənəvi bazarlarında və butiklərində qərq olmağa, Azərbaycan sənətkarlığının mahiyyətini özündə əks etdirən unikal xəzinələri kəşf etməyə dəvət olunur.
Qeyd edək ki, Condé Nast nəşriyyət evi bir əsrdən artıqdır ki, məzmun yaradılmasında qlobal media titanı hesab olunur.