7 may 2024-cü il tarixində ATM Dubay çərçivəsində Jacobs Media tərəfindən “Connecting Travel” daxili hesabat tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ölkəni təmsil edib.
Sözügedən hesabat zamanı, Azərbaycan Körfəz Ölkələri Şurası tərəfindən 10 ən çox səyahət seçimi istiqaməti kimi tərcih olunan ölkələr arasından 38% faizlə birinci pillədə yer almışdır. Göstəricilər uçuş yerləri ilə uçuş tutumunun həcmlərinə uyğun olaraq orta artıma uyğun hesablanıb.
Eyni zamanda, tədbirdə çıxış edən Ümümdünya Səyahət və Turizm Təşkilarının (WTTC) Baş icraçı Direktoru Culiya Simpson, öz çıxışında Azərbaycanın “Hotel Dayanıqlılığının Əsasları” proqramına qoşulmasını qeyd edərək bu təşəbbüsü yüksək qiymətləndirdiyini vurğulayıb.