Baş Göynük – Kiş marşrutu
Difficulty - Red - blue 
Marşrut boyu meşə və yaylaqlardan, ətraf dağların və geniş meşəli dərələrin füsunkar mənzərələrindən zövq alacaqsınız. Araşdırmalara görə, Şəkinin Göynük kəndi 16-cı əsrin sonunda salınıb və burada Osmanlı ərazisindən köçürülmüş türklər məskunlaşıb. 19-cu əsrin əvvəllərində əhalinin bir qismi düzəngah ərazilərə köç etdiyi üçün kənd Baş və Aşağı Göynük olaraq bölünür. Qədim alban məbədinin yerləşdiyi Kiş kəndinə gedən bu yürüş uzunluğu, sərt eniş və yoxuşlarına görə fiziki cəhətdən yorucu hesab olunur.

Başlanğıc nöqtəsindən işarələri izləyərək davam edin. Bir az irəlidə çayı keçdikdən sonra marşrut çay yatağındakı düzən meşənin içi ilə qismən yoxuşlu yolla davam edir. 6 km-dən sonra çoban alaçığına çatan yol sağa qalxan dik dolayı cığırla dağa qalxmağa başlayır.
700 m irəlidə meşə zolağının üstünə – yaylaqlara çıxan cığır sola yuxarı dönərək, sirtin sağ tərəfi ilə köndələn davam edir. Bir qədər sonra kiçik məsafədə meşədən keçən cığır 1,7 km irəlidə əsas cığırdan sola ayrılaraq sirtlə davam edir və az irəlidə açıqlığa çıxır. Dolayı dik yoxuşla davam edən cığır 500 m-dən sonra 2 040 metr yüksəklikdə marşrutun ən yüksək hissəsinə – Uzunyaylaq adlanan yüksəkliyə çıxır.
Təpədən sola doğru dağın beli ilə davam edən, aydın seçilməyən cığır 600 m irəlidə aşağı dik enişlə düşməyə başlayır. 2 km meşə arası açıqlıqla düşən dolayı cığır meşə zolağına çatır və daha 2 km meşə içi düşdükdən sonra kəndin girişinə çatır. 400 m evlərin arası ilə davam etdikdən sonra kəndin əsas yollarından birinə çıxacaqsınız.
Mövsüm
May – sentyabr ayları hava şəraiti və günün uzunluğu baxımından ən uyğun vaxtlardır. Marşrut boyunca yalnız bir yerdə çoban alaçığı var. May və sentyabr aylarında çobanların dağda olub-olmadığını yerli camaatla dəqiqləşdirə bilərsiniz. İtlərlə ehtiyatlı davrandıqda bu çoban alaçıqları isti sığınacaq və ya “məlumat mərkəzi” ola bilər.
Ümumilikdə, il boyunca bu marşrutla getmək mümkün olsa da, qış aylarında daha çox hazırlıq tələb edəcək. Qış, yaz və payız aylarında hava proqnozunu daha diqqətlə yoxlamağınız, qida, geyim, ləvazimat (çadır, yataq kisəsi və s.) hazırlığı görməyiniz vacibdir. Soyuq və qısa qış günlərində bu marşrutu bir günə bitirmək çox çətin və riskli olduğuna görə uyğun çadır hazırlığı görmədən yola çıxmağınız məsləhət görülmür.
Ətraf cığırlar
Bu marşrutu Qaşqaçay-Qumux marşrutu ilə birləşdirə bilərsiniz.
Qidalanma və yerləşdirmə
Hər iki kəndin ərazisində kiçik dükanlar, kafe və restoranlar fəaliyyət göstərir. Gecələmək üçün qonaq evləri, hotel və digər yerləşdirmə müəssisələri, eləcə də kafe və restoranların yerini xəritədə tapa bilərsiniz.
Su
Cığır boyunca yalnız bir yerdə bulaq var, ona görə dağlarda çobanlar da olmur. Yalnız Baş Göynük dərəsinin sonunda bir çoban alaçığı var. Bulaq da alaçığın yaxınlığındadır. Su mənbələri məhdud olduğu üçün azı 1,5-2 l su götürmək tövsiyə olunur.
Nəqliyyat
Şəki şəhər bazarından Baş Göynük istiqamətində kiçik marşrut avtobusları fəaliyyət göstərir (1 AZN). Baş Göynük kəndinə taksi ilə də getmək mümkündür (*0066 və *5577 taksi xidmətləri ilə 6-8 AZN-ə).
İcazələr və xüsusi mühafizə edilən ərazilər
Bu marşrutla hərəkət etmək üçün öncədən heç bir icazə almaq tələb edilmir. Marşrut xüsusi mühafizə olunan təbiət ərazilərindən, eləcə də sərhəd mühafizə zolağından keçmir və cığır boyunca heç bir yerdə daimi sərhəd mühafizə postu yoxdur. Sərhədçilərlə qarşılaşdıqda sənədləri göstərib, hərəkət marşrutunu izah etmək lazımdır.
Red - blue
Technical alpine routes
Trails of this colour require good experience in hiking and trekking and being in good physical condition.
Clothing and equipment: In addition to having proper hiking boots and waterproof breathable outdoor clothing, some blue trails might require extra safety equipment and special gear such as ropes, harnesses, carabiners and helmets.
Specifications of blue trails:
- Total distance: 12-50 km
- Total elevation gain: 800-2000 m
- Total elevation loss: 1000-2500 m