Şərab turu zamanı bələdçi müşayiəti altında üzüm bağlarını, şərab zavodunu və şərab zirzəmisini ziyarət sizi şərabçılıq ənənələrimizin dərinliklərinə aparacaq. Şərab zavoduna tur zamanı qonaqlara premium şərab və dadlı təamlar ilə yanaşı, canlı musiqi və digər əyləncələr də təqdim olunur. Burada avqust ayının sonlarında məhsul bayramı, noyabr ayının sonlarında isə bütün dünya üzrə keçirilən məşhur “Beaujolais Nouveau” beynəlxalq festivalına bənzər “Vino Nuovo” adlı şərab bayramı da keçirilir. Somelyelər sonda Böyük Qafqaz dağlarının ətəyində yerləşən plantasiyalarda sevgi ilə hazırlanan “Chabiant” şərablarının sirlərini sizinlə bölüşəcək.