Sehrli qış festivalları ilətanış olun

23 Sentyabr 2019
Azərbaycanın sehrli qış festivalları ilə tanış olun

Azərbaycanda qış mövsümündə hamıda unudulmaz təəssürat yaradacaq çox sayda festival və tədbirlər keçirilir. İstirahətinizi dağlarda xizək sürməklə, yaxud “Qədim şəhər”də gəzməklə keçirin, habelə ölkədə təşkil edilən bir sıra xüsusi tədbirlərdən birinə qatılın.

Azərbaycan Avropa ilə Asiyanın kəsişmə nöqtəsində yerləşir və gündəlik uçuşlar 3 saat ərzində sizi Riyaddan Bakıya çatdırır. Beynəlxalq festivalları ilə yanaşı ləzzətli yemək məclisləri, ailə və sevdiklərinizlə xoş əyləncələr üçün saysız-hesabsız tədbirlər təklif olunur. Bu ölkənin zəngin mədəniyyəti ilə tanış olmadan qış tətiliniz tamamlanmış hesab edilməyəcək.

Tətil təqviminizi tərtib edin və bu əyləncəli, mədəni tədbirlərə qatılaraq səyahətinizi daha da zənginləşdirin:

Bakı Beynəlxalq Caz Festivalı: 18–27 oktyabr

Azərbaycanın caz musiqisi ilə dərin və tarixi bağlarını nümayiş etdirən bu tədbirdə  tanınmış yerli və dünya sənətçiləri şəhərin müxtəlif yerlərində çıxış edirlər. Biletləri əvvəlcədən bu ünvandan əldə etmək olar.

Göyçayda Nar Festivalı: noyabr

Parlaq rəngli, şirin və şirəli narlar Azərbaycanın milli simvoludur. Ölkədəki ən dadlı nar növlərindən bəziləri ilə tanınan Göyçayda hər il nar, nar məhsulları və şirniyyatlarının nümayişi, musiqi, rəqs, göstərilər, paradlar və sair bu kimi tədbirlərlə müşayiət olunan mədəniyyət festivalı keçirilir. Şərabsevərlər son ilin məhsulundan evdə hazırlanmış nar şərablarının dadına baxmaqla yanaşı, sürətli nar yeyənlərin və ən yaxşı nar sıxanların yarışında iştirak edə bilər. Giriş pulsuzdur.

Piter Bensin Dünya Turu üzrə Bakı konserti: 22 noyabr

Dünyanın ən sürətli barmaqlara malik pianisti kimi "Ginnesin rekordlar kitabı"na düşmüş Piter Bensin inanılmaz qabiliyyətləri ilə tanış olmağa hazır olun. Macar pianoçu paytaxtda musiqi və əyləncə dolu bir gecədə son albomunu təqdim edəcək. Biletləri buradan əldə etmək olar:

“Soyuq əllər, isti ürəklər” Milad / Yeni il sərgisi: dekabr-yanvar (tarix və vaxtı barədə əvvəlcədən xəbər veriləcək), Bakı.

Qışın ortasında heç bir şey Milad bayramı yarmarkası kimi ürəkləri isitmir. Bakının mərkəzindəki Fəvvarələr meydanı, geyim, kitab, suvenir və digər məhsullar satılan çadırlar qurulmuş qış möcüzələri diyarına çevriləcəkdir. Hədiyyələrinizi aldıqdan sonra kafelərdən birinin işıqları altında bir fincan isti çayın və milli şirniyyatların dadını çıxararaq istirahət edin. Giriş pulsuzdur.

xəbər bülletenimizə abunə olun