Qərb dünyagörüşünə malik Şərq ölkəsi Azərbaycan 5000 illik zəngin tarixə və zamanla inkişaf etmiş mədəniyyətə malikdir. Böyük İpək Yolu boyunca minlərlə səyahətçinin evinə çevrilən bu ölkənin bir çox mədəniyyətin təsirinə məruz qalmış mətbəxi onun rəngarəng keçmişindən xəbər verir. Eləcə də fərqli iqlimi sayəsində dünyanın ən ləzzətli meyvə, tərəvəz və dənli bitkilər yetişdirməsinə bariz nümunədir.
Azərbaycanın mədəniyyətini əks etdirən zəngin mətbəxi meyvəli souslardan tutmuş, dadlı qoyun ətindən hazırlanmış yeməklərdən ibarət ləzzətli və çeşidli nümunələr təklif edir. İstənilən zövqə və həyat tərzinə uyğun müxtəlif yeməklər ölkənin ləzzətli təamlarını dadmağa və əylənməyə imkan verəcək.
Plov
Yerli əhalinin ən sevimli yeməyi olan plov düyüdən hazırlanır, ət, balıq və ya quru meyvələrlə birlikdə süfrəyə verilir. Zəfəran ətirli düyü çox sayda təzə-tər göyərti, tərəvəz, quru meyvə və s. ilə bişirilir. Bəzi yemək kitablarında plovun 40-dan çox növü var. Bu yemək xalq tərəfindən çox yüksək qiymətləndirilir. Hətta Azərbaycanın əsas yeməyi olaraq, Beynəlxalq Plov festivalı da keçirilir. İstər yazın gəlməsindən xəbər verən Azərbaycan xalqının əsas bayramı – Novruz bayramı qeyd edilərkən, istərsə də ad günlərində və ya digər ailə bayramları zamanı plov əsas xörək olaraq bişirilir.
Paxlava
Göydəki ulduzları simvolizə edən paxlava, baharın gəlişini ehtiva edən Novruz bayramının əsas şirniyyatıdır. Romb şəklində kəsilmiş klassik paxlava mütləq qurmanların zövqünü oxşayacaq. Şəkidə kvadrat formasında kəsilən paxlava halva kimi tanınır, Qəbələ paxlavası isə üçbucaq formasında olub “üçqulaq” adlanır.
Kürü və balıqlar
Xəzər balığının özünəməxsus dadı var və o, xüsusi hazırlanmış narşərabla (nar sousu) ilə süfrəyə verilir. Azərbaycanda ən məşhur balıq nərə balığıdır. Dünyanın ən bahalı ləzzətlərindən biri hesab edilən nərə balığı təxminən 20 yaşında reproduktiv yaşına çatır.
Karvansaray
Ənənəvi Azərbaycan yeməklərinin dadına baxmağın ən gözəl məkanı “Karvansaray”dır. Bura İpək Yolu boyunca hərəkət edən orta əsr tacirlərinin qaldıqları otellər olmuşdur. İndi isə məşəllərlə müşayiət olunan, dəbdəbəli ziyafətlər keçirmək üçün bir məkandır.
İçkilər
İndiki Azərbaycan ərazisində yaşayan insanların əcdadlarının tarixən üzümçülüklə geniş şəkildə məşğul olduğunu göstərən çoxlu arxeoloji məlumatlar mövcuddur. Müasir Azərbaycanda qədim şərab istehsalı ilə məşğul olunduğunu sübut edən orta əsr şəhər və bölgələrinin xarabalıqlarından tapılmış bəzi maddi-mədəni əşyalar (qablar, avadanlıqlar və s.) buna əyani sübutdur.
Azərbaycanın seleksionerləri ölkənin müxtəlif bölgələrində torpaq və iqlim şəraitinə uyğunlaşdırılmış bir çox qiymətli üzüm sortları yetişdirərək çoxsaylı fərqli dada malik şərab istehsal edən zavodlar yaratmışlar. Ən məşhur şərablar “Caspian Coast”, “Fireland Vineyards”, “Yarımada”, “Hacıhətəmli”, “Savalan”, “Hillside” və “Ağsu” nar şərabıdır.
Azərbaycanlıların olduqca önəm verdikləri digər bir içki növü də milli içki hesab etdikləri çaydır. Azərbaycan mətbəxində və sakinlərin gündəlik həyatında çayın əvəzolunmaz bir yeri var. Turistlər çox vaxt ölkədə mövcud olan dadlı çaylardan nümunələr alıb toplayırlar.
Azərbaycan şərbəti də sevimli içkilərdəndir. Şərbət su ilə şəkəri qaynadaraq, meyvə, giləmeyvə və başqa ədviyyatlar əlavə etməklə hazırlanır, soyuq halda şirin, sərinləşdirici içki kimi təqdim olunur.
Əgər tətilinizin macəra dolu, təamlar və gözəl yeməklər baxımından zəngin olmasını arzulayırsınızsa, Azərbaycan bu siyahıda birinci ola bilər. Qurmanlar Azərbaycan restoranlarındakı özünəməxsus atmosferdə milli musiqiyə qulaq asa və milli mətbəxin nümunələrindən zövq ala bilərlər. Dünya mətbəxinin seçmə təamlarını dadmaq istəsəniz, təqdim edəcəyimiz yeməkləri axıra kimi yeyəcəyinizə və restoranımızı “tox qarınla” tərk edəcəyinizə zəmanət veririk. Sizi istər şəhərdə, istər təpələrdə, istərsə də Xəzərin sahilində Azərbaycanın ləziz təamlarının dadına baxmağa dəvət edirik.