Formula 1 yarışı zamanıBakıda harada qalmaq olar

Qədimlik ilə müasirliyin vəhdətini hər addımda hiss edəcəyiniz qonaqpərvər Bakıya xoş gəlmisiniz. Paytaxtın xüsusi ab-havaya büründüyü Azərbaycan Qran Prisi günlərində xoş və maraqlı zaman keçirmək üçün turistik məkanlar ilə yanaşı, qonaqlama seçimi də vacibdir. Bunun üçün Formula 1 yarışı müddətində Bakıda təklif edilən ən yaxşı qonaqlama seçimlərini aşağıda nəzərdən keçirə bilərsiniz. 

 

Hilton Baku 

Bakının mərkəzində yerləşən bu hotel paytaxtı kəşf etməyə başlamaq üçün idealdır. “Hilton Baku” hoteli Dənizkənarı Bulvarın bir addımlığında, UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan İçərişəhərdən bir neçə dəqiqəlik məsafədə yerləşir. Burada qonaqların rahatlığı üçün müasir SPA mərkəzindən tutmuş, dünya mətbəxini təqdim edən restoranlar, idman zalı və hovuza qədər lazımi bütün şərait yaradılmışdır.  

Ətraflı məlumat üçün: https://www.hilton.com/en/hotels/gydhbhi-hilton-baku/ 

 

JW Marriott Absheron Baku 

Bu görkəmli və beşulduzlu hotel səfər məqsədindən asılı olmayaraq, qonaqlar tərəfindən ən çox üz tutulan hotellərdən biridir. Bakının düz mərkəzində, Port Baku Mall, Fəvvarələr Meydanı, İçərişəhər və Dənizkənarı Bulvarın yaxınlığında yerləşir. Hotelin geniş otaqları isə paytaxta və birbaşa Xəzər dənizinə açılan ecazkar mənzərələr təqdim edir. Həmçinin qonaqlar hotelin SPA mərkəzində rahatlaşdırıcı prosedurlardan keçə, istənilən restoranda ləziz kulinariya nümunələrini dada, eləcə də müxtəlif iclas otaqlarında işgüzar görüşlər keçirə bilər.  

Ətraflı məlumat üçün: https://www.marriott.com/en-us/hotels/gydjw-jw-marriott-absheron-baku/overview/ 

 

Four Seasons Hotel Baku  

“Four Seasons Hotel Baku” Azərbaycanın paytaxtında dəbdəbəli istirahət üçün ən yüksək standartlara cavab verir. Bakının işgüzar mərkəzi və populyar attraksionlar arasında yerləşən hotel qonaqlara mənzərəli otaqlar, SPA mərkəzi, restoranlar və üstün xidmət təqdim edir. İstər işgüzar səfərlər, istərsə də tətillər üçün ideal seçimdir.  

Ətraflı məlumat üçün: https://www.fourseasons.com/baku/ 

 

Promenade Hotel Baku  

“Promenade Hotel Baku” paytaxtın mərkəzində qonaqlamaq və Xəzər dənizinin heyrətamiz mənzərəsindən zövq almaq istəyənlər üçün əla seçimdir. Beşulduzlu hotel yüksək xidmət standartları ilə yanaşı, geniş və mənzərəli otaqları, yerli və beynəlxalq mətbəx təamlarını təqdim edən restoranı və xüsusi içkilərin daxil olduğu bar ilə qonaqların ixtiyarındadır.  

Ətraflı məlumat üçün: https://resanthotels.az/oteli/35-promenade-hotel-baku.html 

 

The Landmark Hotel Baku  

“Landmark Hotel Baku” paytaxtın düz mərkəzində yerləşir. Hotel rahat qonaqlama üçün lazım olan şəraitlə təchiz olunmuş müasir dizaynlı otaqlar təklif edir. Həmçinin hoteldə qonaqların yerli və beynəlxalq mətbəxdən ləzzət alacağı restoranlar və rahatlamaq üçün bar da var. 

Ətraflı məlumat üçün: http://thelandmarkbaku.az/ 

 

The Merchant Baku  

"The Merchant Baku" hoteli 1858-ci ildə inşa edilmiş tarixi binada yerləşir. Hotelin bütün interyeri "The Great Gatsby" üslubunda yaradılmışdır və nə vaxtsa Xəzər dənizində gəzən köhnə ticarət gəmilərinin təsviri olan möhtəşəm freskalar da daxil olmaqla, müasir dəbli dizaynı və bir çox orijinal detalları özündə uyğunlaşdırır. Sadə, eyni zamanda zövqoxşayan, müasir və qonaqpərvər "The Merchant Baku" qonaqların ikinci evinə çevriləcək. 

Ətraflı məlumat üçün: https://www.themerchantbaku.com/ 

 

Radisson Hotel Baku  

“Radisson Hotel Baku” Dənizkənarı Bulvardan piyada məsafədə yerləşir və şəhərin mərkəzi küçələrindən olan Nizami küçəsindən təxminən 1 kilometr məsafədədir. Əlverişli mövqeyi ilə yanaşı, hotel qonaqların istirahətini xoş və rahat keçirməsi üçün lazımı şəraitlə təchiz olunmuş otaqlar təklif edir. Qonaqlar fitnes zalı və Norveç mətbəxinin təamlarını təqdim edən 24 saat açıq restoran da daxil olmaqla, müxtəlif imkanlardan istifadə edə bilər. “Radisson Hotel Baku” hotelini seçərək qonaqpərvər Bakıda qonaqlamadan zövq alacaqsınız. 

Ətraflı məlumat üçün: https://www.radissonhotels.com/en-us/hotels/radisson-hotel-baku 

 

Dinamo Hotel Baku  

“Dinamo Hotel Baku” lüks və rahatlığın birləşdiyi məkandır. Təkrarolunmaz dizaynı və xoş ab-havası ilə bu hotel tarixi memarlıq ilə maraqlananlar üçün cəlbedici seçimə çevrilir. Hotelin geniş və zərif şəkildə bəzədilmiş otaqları qonaqların istirahəti üçün xüsusi dizayn olunmuşdur.  

Ətraflı məlumat üçün: https://dinamohotelbaku.com/ 

Bakıda | harada qalaq

xəbər bülletenimizə abunə olun