fərqliliklərin qovşağı Tolerantlıq Evi

"Tolerantlıq Evi" Azərbaycanın zəngin tolerantlıq dəyərlərini qorumaq, inkişaf etdirmək və dünyaya tanıtmaq məqsədilə yaradılmış unikal mədəniyyət və maarifləndirmə mərkəzidir.

qarşılıqlı hörmətinsimvolu

fərqliliklərin qovşağıTolerantlıq Evi

Mərkəz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi tolerantlıq siyasətinin parlaq nümunəsidir. Burada əsas məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında qarşılıqlı hörmət və anlaşmanı gücləndirməkdir.

2024-cü ilin 16 noyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə fəaliyyətə başlayan bu mərkəz ölkəmizdə əsrlər boyunca formalaşmış dini və etnik müxtəlifliyinin əhəmiyyətini ön plana çıxarır.

"Tolerantlıq Evi" həm yerli, həm də beynəlxalq ziyarətçiləri qəbul edərək dini, mədəni müxtəlifliyin və sosial həmrəyliyin əhəmiyyətini geniş auditoriyaya çatdırmaq üçün aktiv fəaliyyət göstərir. Mərkəz tolerantlıq, mədəni müxtəliflik və insan hüquqları ilə bağlı maarifləndirmə işləri aparır, elmi araşdırmaları təşviq edir və dinlərarası dialoqu gücləndirən layihələr həyata keçirir.

Tolerantlıq Evinin ekspozisiyasını yəhudi, xristian və islam dinlərinə aid 400-dən artıq eksponat təşkil edir. Bu ekspozisiya Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə, eləcə də Azərbaycanda fəaliyyət göstərən digər dini icma rəhbərlərinə təqdim edilmiş orden və medallardan ibarətdir. Onlar dinlərarası və millətlərarası sülhün, əməkdaşlığın və dostluğun inkişafındakı xidmətlərinə görə müxtəlif dövlətlər, dini qurumlar və təşkilatlar tərəfindən təqdim olunmuşdur. Ekspozisiyada, həmçinin Şeyxülislama hədiyyə olunmuş dəyərli mükafatlar da yer alır. Bundan əlavə, müxtəlif dini icmalar tərəfindən sərgilənmək üçün təqdim edilmiş eksponatları da burada görmək mümkündür. Tolerantlıq Evinin digər dini konfessiyalarla bu əməkdaşlığı ölkəmizdə mövcud olan tolerantlığın əyani sübutudur.

Burada eksponatlar tematik prinsiplərə əsasən qruplaşdırılıb. Tolerantlıq Evinin ekspozisiyası müxtəlif dinlər arasında sülh və harmoniya ideyasını təbliğ edir, fərqli dinlərin mənsublarının birgə yaşayışının mümkünlüyü mesajını çatdırır. Eksponatların yerləşdirilməsində də bu birlik və əməkdaşlıq prinsipi əsas tutularaq müxtəlif dinlərə aid eksponatlar birlikdə sərgilənir. 

"Tolerantlıq Evi" fərqliliklərə hörmətin və birgəyaşayışın simvolu olaraq hər kəsi açıq dialoqa, əməkdaşlığa və mehribanlıq mühitinə dəvət edir. Biz inanırıq ki, müxtəliflik bizim zənginliyimizdir, vəhdətimiz isə gücümüzdür!

Tolerantlıq Evini ziyarət etmək üçün biletləri kassadan əldə etmək mümkündür. Azərbaycan vətəndaşı olan böyüklər 8 AZN, tələbələr 5 AZN, məktəblilər isə 3 AZN ödəyirlər. Ekskursiya bələdçisi xidməti isə bu kateqoriyadan olan böyüklər üçün 14 AZN, tələbələr üçün 6 AZN, məktəblilər üçün isə 4 AZN təşkil edir. Xarici vətəndaş olan böyüklər 10 AZN, məktəblilər 8 AZN, ekskursiya bələdçisi xidməti üçün isə böyüklər 20 AZN, məktəblilər  17 AZN ödəyirlər.


Həmçinin Tolerantlıq Evində 3-6 nəfərlik ailələr üçün 10% endirim tətbiq olunur. I və II qrup əlilliyi olan şəxslər, əlil arabasında olan ziyarətçilər üçün bir müşayiətçi, şəhid ailələrinin üzvləri (valideynlər, həyat yoldaşı, uşaqları), Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri və müharibə veteranları üçün giriş pulsuzdur.

Ətraflı məlumat üçün:
Ünvan: Bakı ş., İçərişəhər, Böyük Qala küç., 10

E-poçt: [email protected], [email protected]

Tolerantlıq Evinin iş saatları: 10:00 - 19:00

Kassanın iş saatları: 10:00 - 18:00

İstirahət günü: Bazar ertəsi

QALEREYA

Bakıya gələrkən Tolerantlıq Evini ziyarət etməyi unutmayın

xəbər bülletenimizə abunə olun