Experience Azerbaijan bələdçi jurnalı #2 | Payız 21 / Qış 22
Payız və qış fəsillərində Azərbaycanda ən yaxşı təcrübələri kəşf etmək üçün "Experience Azerbaijan" bələdçisinin ilk buraxılışını əldə edin. Gəlişi ilə gözoxşayan rəngarəng mənzərələr gətirən payız fəsli Naxçıvanın Culfa kimi mənzərəli rayonlarına, üzüm bağlarına və dupduru mavi göllərə baş çəkmək üçün əla vaxtdır. Hətta UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına salınan Nar Festivalı üçün Göyçaya da səyahət edə bilərsiniz. Qışda isə heyrətamiz qarlı dağ mənzərələrini kəşf etmək xüsusi zövq verəcək.