Ağgöl kənarında quşların seyri

Kür-Araz ovalığında yerləşən Ağgöl Milli Parkında, Ağgölün sahillərində bir çox quş növlərinin məskən salması buranı quş müşahidəçilərinin sevimli yerlərindən biri edir.

Ağgöl Milli Parkındaquş müşahidəsi

Ağgöl kənarındaquşların seyri

Ağgöl Milli Parkı Ağcabədi və Beyləqan rayonları ərazisində, çöl və yarımsəhra ilə əhatə olunmuş Ağgöl gölünün ətrafında yerləşir. Kür və Araz çaylarının daşması nəticəsində yaranmış Ağgöl dəniz səviyyəsindən aşağıda yerləşir. Ağgöl Milli Parkında il boyu 140-dan çox quş növü məskunlaşır və yuva qurur. Vağlar, qaranaz, ərsindimdik, kiçik qarabatdaq və çox sayda qışlayan qazlar (bəzən Azərbaycanın “Qırmızı kitabı”na daxil olan və nəsli tükənməkdə olan ağqaş qaz da daxil olmaqla), ördək və su quşlarına bu Milli Parkda rast gəlinir. Ağgöl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama yeri olub, “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan su-bataqlıq əraziləri haqqında” “Ramsar siyahısı”na daxil edilmişdir. Gölün adının buradakı quşların ağ lələklərindən götürüldüyü hesab olunur. Ağgöl sahillərində mərməri cürə, ağgöz dalğıc, göydimdik, bəzgək, sultan quşu və turac müşahidə oluna bilər. Quş növlərindən əlavə, Milli Parkda ceyran, canavar, qamışlıq pişiyi, tülkü, vəhşi ayı, ilan və tısbağalara rast gəlmək olar

Əraziyə xas quşlar
Qışda:
Sultan toyuğu (Porphyrio porphyrio) 
Göydimdik ördək (Oxyura leucocephala) 
Ağquyruq çökükburun (Vanellus leucurus) 
Qızılı qonurqanad (Pluvialis apricaria)

Yayda:
Ağqaş qaz (Marmaronetta angustirostris) 
Ağgöz qara ördək (Aythya nyroca)
Çöl belibağlısı (Circus macrourus)

Ən uyğun dövrlər
Payızın və yazın sonu

Gecələmə
Ağcabədi və Bərdə şəhərləri yaxınlığında gecələmək üçün hotel tapa bilərsiniz. 

 

Qalereya

Ağgöl Milli Parkında quşları izləməkdən zövq alın

Faydalı məlumatlar

hava və mövsüm

Əraziyə xas quşlar

Göstər:

hotel rezervasiyaedin

Ölkəmizi rahat gəzib-görmək üçün çoxsaylı hotel çeşidindən seçim edə bilərsiniz.

Asset 1 tours

region və marşrut barədədaha ətraflı

Şimal marşrutu
Şimal marşrutu

Şimal marşrutu

Bu marşrut Xəzər dənizi sahillərində yerləşən və daim hərəkətdə olan Bakıdan səmalara yüksələn Qafqaz dağlarına qədər uzanır. Marşrut boyunca sizi açıq havada əyləncəli fəaliyyət növləri, o cümlədən ekskursiyalar, kaytsörfinq və paraplan, kulinariya sürprizləri və ən gözəl mənzərələr gözləyir. Daha ətraflı

Bakı
Bakı

Bakı

Qədimlik ilə müasirliyin vəhdəti olan Bakıya xoş gəlmisiniz. Küləklər şəhəri Bakıda hər kəsi səmalara ucalan Alov Qüllələri, YUNESKO-nun dünya mədəni irsi siyahısına salınmış İçərişəhər, onlarla tarixi və mədəni abidələr və daha bir çox maraqlı məqamlar gözləyir. Daha ətraflı

xəbər bülletenimizə abunə olun