Cavadxan zirvəsi – Əzgilli marşrutu üzrə haykinq

Cavadxan zirvəsini Əzgilli kəndi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra dağların füsunkar mənzərəsini müşahidə etmək olar.

Cavadxan zirvəsi – Əzgilli marşrutuüzrə haykinq

Cavadxan zirvəsi – Əzgilli marşrutu

Difficulty - Red

Marşrut Cavadxan zirvəsinin altından, zirvəyə 700 m qalmış başlayır. Zirvənin hündürlüyü 2 107 m-dir. Cavadxan zirvəsində Cavad xanın abidəsi ucaldılıb. 2016-cı ildə açılışı baş tutmuş abidə xüsusi üslubda hazırlanıb, Cavad xanın profili ilə yanaşı, Gəncənin gerbi, Cavad xanın qılıncı və xan ordusunu simvolizə edən nizəli dəmir hasardan ibarətdir. Marşrutla irəliləyərk Kəpəz dağına açılan ən gözəl mənzərələrdən birinə şahid ola bilərsiniz. 

  • DISTANCE - 13 KM
  • ELEVATION GAIN - 384M
  • ELEVATION LOSS - 940 M
  • MAX. ALTITUDE - 2107 M
  • MIN. ALTITUDE - 1554 M
  • DURATION - 6 H 5 M

Marşrut əsasən eniş və nisbətən düz yoldan, bir neçə yerdə kiçik yoxuşlardan ibarətdir. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin – qarşıda yol iki yerə ayrılır. Sol yol ilə irəliləmək lazımdır. Bir qədər sonra maşın yolu bitir və bu yerdə yol iki yerə ayrılır. Buradan isə sağ yol ilə davam etmək lazımdır. Maşın yolu bitdikdən sonra 1,6 km irəliləyib qarşıdakı təpənin sağ tərəfindən keçib sola doğru irəliləmək, 1,2 km sonra qarşıdakı təpənin üzərindən keçmək lazımdır. Bu hündürlükdən ətraf ərazilərə gözəl mənzərə açılır. Təpənin sağ tərəfi ilə də keçmək mümkündür. 1,7 km sonra maşın yoluna çıxırsınız. Buradan sola dönürsünüz. Bu yol Əzgilli kəndinədək davam edir. Başlanğıcdan sona qədər əsasən eniş və nisbətən düz yoldur, bir neçə yerdə kiçik yoxuşlar var. Marşrut Əzgilli kəndinə qədər işarələnib. Marşrutun ilk 4,1 km-i və son 4,15 km-i torpaq maşın yoludur, ortada qalan hissə isə dağ cığırlarıdır. Marşrutun yekun nöqtəsi Əzgilli kəndidir.

Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.

 


Ətraf cığırlar

Bu marşrut Cavadxan zirvəsi – Çıraqlı, Çıraqlı – Dəstəfur marşrutları ilə əlaqələndirilə bilər.

Mövsüm

Bütün mövsümlərdə gedilə bilər. 

Qida və gecələmə

Yol boyu və Əzgilli kəndində mağaza yoxdur. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz.

Su

Məlumat lövhəsinə 1 km qalmış bulaq var. Marşrut üzərində iki yerdə və Əzgilli kəndində bulaq var.

Nəqliyyat

Göygöl avtovağzalından Toğana kəndinə gedən avtobus və ya taksilərə minə bilərsiniz. Hacıkənd qəsəbəsindən Toğana kəndi istiqamətində hərəkət etdikdə “5 ulduz” restoranına çatmamış sağ tərəfə dönmək lazımdır. Torpaq maşın yolu ilə 10 km irəlilədikdən sonra məlumat lövhəsinə çatacaqsınız. Həmin torpaq maşın yolu yolsuzluq avtomobillərinin hərəkəti üçün uyğundur. Əgər həmin hissəni piyada getməyəcəksinizsə, Göygöl avtovağzalından yolsuzluq avtomobili ilə yola çıxın, çünki yolayrıcında maşın tapmaq çətin ola bilər.

İcazələr və xüsusi mühafizə edilən ərazilər

Əzgilli kəndinin aşağı və yuxarı hissəsində hərbi hissələr var. Bu obyektlərin şəklini çəkmək və ərazisinə daxil olmaq qadağandır. Aşağı yol hərbi hissədən keçdiyi üçün bu yoldan istifadə etmək olmaz.

Təhlükə qeydi

Marşrut üzərində bir neçə yerdə may ayından oktyabr ayının sonunadək çoban alaçıqları olur. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azmaq təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz. 

Cavadxan zirvəsi – Əzgilli marşrutu

Cavadxan zirvəsi – Əzgilli  marşrutu

Marşrutun yekun nöqtəsi – Cavadxan zirvəsində alban məbədi yerləşir. Burada həmçinin Cavad xanın abidəsi də ucaldılıb. 2016-cı ildə açılışı baş tutmuş abidə xüsusi üslubda hazırlanıb, Cavad xanın profili ilə yanaşı, Gəncənin gerbi, Cavad xanın qılıncı və xan ordusunu simvolizə edən nizəli dəmir hasardan ibarətdir.

 

Xəritəni yükləyin
Qalereya

Cavadxan zirvəsi – Əzgilli marşrutu

Useful information

weather and season

Havanın temperaturu

Hazırda:
10.2°C
Orta:
9.9 – 14.2°C / 49.8–57.6°F

Temperaturu hiss et

Hazırda:
6.5°C
Orta:
7.1 – 15.6°C / 44.8–60.1°F

Külək

Hazırda:
  • Bu gün səhər yağış və çiskin
  • Cənub
  • sürət 14.8 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Göygöldədigər fəaliyyət növləri

Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhərində almanların izi ilə
İncəsənət, mədəniyyət, irs

Göygöl şəhərində almanların izi ilə

Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış... Daha ətraflı

Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Milli Parklar

Göygöl Milli Parkında təbiətdən ilhamlanın

Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr... Daha ətraflı

“Göygöl” şərab zavoduna turlar
“Göygöl” şərab zavoduna turlar
Alman irsi

“Göygöl” şərab zavoduna turlar

Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini... Daha ətraflı

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli... Daha ətraflı

read more aboutregion and route

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

Göygöl
Göygöl

Göygöl

Göygöl şəhəri və rayon ərazisindəki əsrarəngiz təbiət turistlərin diqqətini çəkməyə bilməz. Bu gün də həm tarixi məkan, həm də təbiətə səyahət etmək istəyənlər Göygölə yollanır. Daha ətraflı

xəbər bülletenimizə abunə olun