Qubada yerli mətbəx üzrəmaster-klaslar
Quba həm də bükmə və paxlavası ilə tanınır. Onları şəhərin bütün kiçik şirniyyat sexləri və evlərdə hazırlayırlar. Desert və qəlyanaltı kimi məşhur olan Quba paxlavası içərisi üyüdülmüş qozla doldurulan çoxqatlı xəmirdən hazırlanır, üstünə şərbət və bal tökülür. Süfrəyə təqdim edilərkən üzərinə qoz ləpələri düzülür. Bükmənin hazırlanmasında da eyni ərzaqlardan istifadə edilir. Lakin bükmə öz forması və daha yüngül olması ilə fərqlənir. Onların necə hazırlandığını görmək üçün şəhər mərkəzində turistlər üçün xüsusi master-klasslar təşkil edən yerli sexlərə baş çəkə bilərsiniz. Master-klasslar Quba Destinasiya Menecmenti Təşkilatı, yaxud xüsusi bələdçilər tərəfindən təşkil edilir.