Əzgilli – Cavadxan zirvəsi marşrutu üzrə haykinq

Əzgilli kəndini Cavadxan zirvəsi ilə birləşdirən bu marşrut boyu Kəpəz dağının, Murov silsiləsinin və sıra dağların füsunkar mənzərəsini müşahidə etmək olar. Kəpəz dağına açılan ən gözəl mənzərələrdən birinə bu cığırda şahid ola bilərsiniz.

Əzgilli – Cavadxan zirvəsi marşrutuüzrə haykinq

Əzgilli – Cavadxan zirvəsi marşrutu

Difficulty - Red - blue

Marşrutun yekun nöqtəsi – Cavadxan zirvəsində alban məbədi yerləşir. Burada həmçinin Cavad xanın abidəsi də ucaldılıb. 2016-cı ildə açılışı baş tutmuş abidə xüsusi üslubda hazırlanıb, Cavad xanın profili ilə yanaşı, Gəncənin gerbi, Cavad xanın qılıncı və xan ordusunu simvolizə edən nizəli dəmir hasardan ibarətdir.

  • DISTANCE - 13 KM
  • ELEVATION GAIN - 940 M
  • ELEVATION LOSS - 384 M
  • MAX. ALTITUDE - 2107 M
  • MIN. ALTITUDE - 1554 M
  • DURATION - 6 H 5 M

Marşrutun ilk 4,15 km-i və son 4,1 km-i torpaq maşın yoludur, ortada qalan hissə isə dağ cığırlarıdır. Başlanğıcdan sona qədər əsasən yoxuş və nisbətən düz yoldur, bir yerdə 500 m-lik kiçik eniş var. Cığırlar hər yerdə aydın sezilir və tam işarələnib. Bu işarələri izləyərək irəliləyin. Məlumat lövhəsinin yanında yer alan işarənin göstərdiyi istiqamətdən sol tərəfə doğru yol burulur, həmin hissə 1,8 km yoxuşdur. Yoxuşdan sonra 1,9 km daha düz ərazi ilə irəlilədikdən sonra maşın yolundan ayrılıb, sağ tərəfə təpənin üzərinə doğru cığır ilə irəliləmək lazımdır. Qarşıda görünən təpənin üzərindən aşıb sola doğru davam etmək lazımdır. Buradan ətrafa gözəl mənzərə açılır. Təpənin üzərinə qalxmadan sol tərəf ilə də irəliləmək mümkündür. Sola doğru 1,7 km cığırla irəlilədikdən sonra qarşıdakı dağın sağ tərəfi ilə cığırla gedin, 1,6 km sonra torpaq maşın yoluna çıxırsınız. Maşın yolu ilə irəlilədikdə sola yol ayrılır, burada düz davam etmək lazımdır. Bu yolayrıcından 2,5 km sonra məlumat lövhəsinə çatırsınız. Məlumat lövhəsinin yanında yolayrıcı var. Sol yol ilə 700 m yuxarı qalxdıqdan sonra Cavadxan zirvəsinə çatırsınız. Sağ yol Hacıkənd qəsəbə yoluna qədər davam edir. Marşrut Cavadxan zirvəsinə qədər işarələnib.

Marşrutu əks istiqamətdə də gedə bilərsiniz.


Ətraf cığırlar

Bu marşrut Əzgilli – Çıraqlı, Çıraqlı – Dəstəfur marşrutları ilə əlaqələndirilə bilər.

Mövsüm

Bütün mövsümlərdə gedilə bilər. 

Qida və gecələmə

Yol boyu və Əzgilli kəndində mağaza yoxdur. Odur ki, marşruta başlamamışdan öncə tədarükünüzü görməlisiniz.

Su

Məlumat lövhəsinə 1 km qalmış bulaq var. Marşrut üzərində iki yerdə və Əzgilli kəndində bulaq var.

Nəqliyyat

Göygöl avtovağzalından Toğana kəndinə avtobus və ya taksi ilə gedə bilərsiniz. Toğana kəndindən Əzgilli kəndinə getmək üçün yolsuzluq avtomobili lazımdır. Müəyyən ödəniş müqabilində Göygöl Milli Parkının girişindən qeyd edilən məkana sizi yolsuzluq avtomobilində apara bilərlər. Danışıq əsasında eyni avtomobillə geri qayıtmaq üçün sürücüdən gözləməyi xahiş etmək olar.
İcazələr və xüsusi mühafizə edilən ərazilər

Əzgilli kəndinin aşağı və yuxarı hissəsində hərbi hissələr var. Bu obyektlərin şəklini çəkmək və ərazisinə daxil olmaq qadağandır. Aşağı yol hərbi hissədən keçdiyi üçün bu yoldan istifadə etmək olmaz.

Təhlükə qeydi

Əzgilli kəndindən yuxarıdakı yoxuşu qalxdıqdan sonra bir neçə yerdə may ayından oktyabr ayının sonunadək çoban alaçıqları olur. Bu ərazidə çoban itlərindən ehtiyatlı olmaq lazımdır. Pis hava şəraiti, azmaq təhlükəsi və s. kömək lazım ola biləcək hallarda çoban alaçıqlarına müraciət edə bilərsiniz.

Əzgilli – Cavadxan zirvəsi marşrutu

Əzgilli – Cavadxan zirvəsi marşrutu

Marşrutun yekun nöqtəsi – Cavadxan zirvəsində alban məbədi yerləşir. Burada həmçinin Cavad xanın abidəsi də ucaldılıb. 2016-cı ildə açılışı baş tutmuş abidə xüsusi üslubda hazırlanıb, Cavad xanın profili ilə yanaşı, Gəncənin gerbi, Cavad xanın qılıncı və xan ordusunu simvolizə edən nizəli dəmir hasardan ibarətdir.

 

Xəritəni yükləyin
Qalereya

Əzgilli – Cavadxan zirvəsi

Useful information

weather and season

Havanın temperaturu

Hazırda:
10.2°C
Orta:
9.9 – 14.2°C / 49.8–57.6°F

Temperaturu hiss et

Hazırda:
6.5°C
Orta:
7.1 – 15.6°C / 44.8–60.1°F

Külək

Hazırda:
  • Bu gün səhər yağış və çiskin
  • Cənub
  • sürət 14.8 km/h

Nə vaxt getmək

  • Pik mövsümü:
  • Bütün il boyu

Göygöldədigər fəaliyyət növləri

Göygöl şəhərində almanların izi ilə
Göygöl şəhərində almanların izi ilə
İncəsənət, mədəniyyət, irs

Göygöl şəhərində almanların izi ilə

Göygöl şəhəri qədim tarixə malik olsa da, burada ilk böyük yaşayış... Daha ətraflı

Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Göygöl Milli Parkında təbiətdən ilhamlanın
Milli Parklar

Göygöl Milli Parkında təbiətdən ilhamlanın

Göygölün gözəlliyindən xəbərdar olmayan yoxdur. Bu göl haqda rəvayətlər və əfsanələr... Daha ətraflı

“Göygöl” şərab zavoduna turlar
“Göygöl” şərab zavoduna turlar
Alman irsi

“Göygöl” şərab zavoduna turlar

Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini... Daha ətraflı

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq
İşarələnmiş marşrutlar

Əzgilli – Çıraqlı marşrutu üzrə haykinq

Göygöl və Daşkəsən rayonlarını birləşdirən marşrut Kürəkçayın sol sahilində yerləşən Əzgilli... Daha ətraflı

read more aboutregion and route

Qərb marşrutu
Qərb marşrutu

Qərb marşrutu

Naftalanın müalicəvi təsirə malik nefti Azərbaycanın təbii möcüzələrindən biridir. Bununla bərabər, qərb regionu öz maraqlı tarixi və heyrətamiz mənzərələri ilə seçilir. Daha ətraflı

Göygöl
Göygöl

Göygöl

Göygöl şəhəri və rayon ərazisindəki əsrarəngiz təbiət turistlərin diqqətini çəkməyə bilməz. Bu gün də həm tarixi məkan, həm də təbiətə səyahət etmək istəyənlər Göygölə yollanır. Daha ətraflı

xəbər bülletenimizə abunə olun