Azərbaycanın şərabçılıq tarixi

Min illər əvvəl, hələ Qafqaz regionu bölünməmişdən xeyli əvvəl burada yaşayan insanlar üzümçülüklə məşğul olublar və çox keçmədən bu məşğuliyyət şərab hazırlamaq ənənəsinə çevrilib.

Azərbaycanınşərabçılıq tarixi

Başlanğıc

Mif və əfsanələrdən əlavə, arxeoloji tədqiqatlar, həqiqətən də, Naxçıvanın Şərur rayonundakı Arpaçay vadisində qədim zamanlarda şərab hazırlandığını deməyə əsas verir. Bəzi mənbələr isə adını Ağstafa yaxınlığında Şomutəpə arxeoloji sahəsindən götürən Şulaveri-Şomutəpə mədəniyyətinin şərabçılıq haqqında daha çox şey söylədiyini bildirir. Göygöl rayonunda e.ə II minilliyə aid şərab küpləri, Qəbələnin şimal-qərbində isə eramızın I-III əsrlərinə aid şərab zirzəmisinin aşkar edilməsi Cənubi Qafqaz regionunun qədim şərabçılıq mərkəzlərindən biri olduğunu sübut edir.

Almankolonistləri

Azərbaycan şərabçılıq tarixi və ənənələri həm də almanların bu torpaqlara köçü ilə bağlıdır. Helenendorf almanları bu ərazilərdə məskunlaşdıqdan sonra yerli üzüm sortları becərməyə başladı, üzümçülük və şərabçılıq buradakı Şvab almanlarının əsas təsərrüfat fəaliyyətinə çevrildi. Həmin dövrdə Azərbaycanda şərabçılıq sənayesinin əsasının qoyulması Kristof Forerin adı ilə bağlı olmuşdur. Onun evində kustar üsulla hazırladığı şərablar Avropa bazarlarına yol taparaq dünya miqyasında ad qazandı. 1860-cı ildə “Göygöl” şərab zavodu təsis olundu və bu zavod ilk şərabçılıq müəssisəsi kimi fəaliyyətini illərdir davam etdirir.

Antik dövr vəorta əsrlər

Sonrakı minilliklərdə üzümçülüklə bağlı daha geniş məlumatlara arxeoloji mənbələrdə, tarixçilərin, o cümlədən Herodot, Strabon və ərəb yazıçılarının əsərlərində rast gəlinir. VII əsrdə ərəblərin Azərbaycanı işğal etməsindən və İslam dininin yayılmasından sonra üzümçülüyün tənəzzülə uğradığı güman edilsə də, həmin dövrdə bal teksturasına bənzər şərablar müalicəvi məqsədlər və zövq üçün istehlak edilirdi.

Sovetdövrü

Sovet dövründə Azərbaycanda şərab istehsalı kəskin şəkildə artsa da, çox vaxt aşağı keyfiyyətli şirin şərablara üstünlük verilirdi. Həmin dövrdə Ağdam port şərabı SSRİ-də və hətta Avropada populyar tarixi içki hesab olunurdu. Məşhur şərab rayonları isə əsasən Ağdam və Füzuli hesab olunurdu. 1984-cü ildə 275 min hektar üzüm bağından 2 milyon tondan çox üzüm yığılmağı istehsalı pik həddə çatdırdı və bununla, şərabçılıq ölkədə ən gəlirli sahələrdən birinə çevrildi. Lakin Qorbaçovun 1985-ci ilin mayında başlayan anti-alkoqol kampaniyası üzüm bağlarının əksəriyyətinin məhvinə gətirib çıxardı ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra şərab sənayesini yenidən dirçəltməsi üçün daha on il vaxt lazım oldu.

Canlanmadövrü

Müstəqillik əldə etdikdən sonra 2002- ci ildən başlayaraq hökümətin həyata keçirdiyi bir sıra təşəbbüslər bu sahənin canlanmasına güclü təkan verdi. İtaliya və Moldovadan dəvət olunan şərab ekspertlərin, eləcə də Sovet dövrünün şərab mütəxəssislərinin dəstəyi ilə hər şey yenidən başladı. Dünya miqyasda tanınan üzüm sortlarından hazırlanan şərablar qlobal ixraca dəstək verərkən “İter Vitis Qafqaz” layihəsi regionda şərab turizminin təkmilləşdirilməsinə xidmət edir.

Şərabdequstasiyası

şərab və mədəni irs Az Abrau Muzeyi
Qida, içki və gecə həyatı

şərab və mədəni irs Az Abrau Muzeyi

Az Abrau Muzeyi təkcə qədim tarixi ilə deyil, həm də gözəl şərabları ilə məşhur olan qədim Şəki şəhərində yerləşir. Azərbaycan və Rusiyanın şərabçılıq ənənələrini simvolizə edən bu muzey şərab və tarix həvəskarları üçün əvəzolunmaz məkandır. Daha ətraflı

Şərab barlarında yerli şərablardan zövq alın
Şərab dequstasiyası

Şərab barlarında yerli şərablardan zövq alın

Bakıdakı şərab kafe və barlarında geniş şərab çeşidi təklif olunur. Burada siz məşhur dünya brendləri ilə bərabər, unikal yerli şərablardan zövq ala bilərsiniz. Bu barlara dostlarla birgə kiçik tur da etmək olar. Daha ətraflı

“Göygöl” şərab zavoduna turlar
Qida, içki və gecə həyatı

“Göygöl” şərab zavoduna turlar

Göygöldə alman mirası həm də regionun şərabçılıq tarixində də öz izini qoyub. Əgər Kiçik Qafqaz dağlarının üzümlərindən alman ənənələrinə əsaslanaraq hazırlanmış şərabları dadmaq istəyirsinizsə, "Göygöl" şərab zavoduna gedə bilərsiniz. Daha ətraflı

xəbər bülletenimizə abunə olun