Mənəvi dünyanızasəyahət

Nine Senses Fest 2026Bakı, Azərbaycan

Bu iyun ayında Bakı yenidən beynəlxalq spirit • body • mind community-ni — daxili inkişaf, fərqindəlik və canlı təcrübənin yeni formalarını axtaran insanları bir araya gətirəcək.

12–14 iyun tarixlərində paytaxtda üçüncü beynəlxalq Nine Senses Fest 2026 keçiriləcək — fərqindəlik praktikalarını, müasir mədəniyyəti, musiqini, incəsənəti və self-development istiqamətlərini birləşdirən genişmiqyaslı festival.

Festival şəhərin və Xəzər sahilinin 6 əsas məkanında, o cümlədən Sea Breeze Resort ərazisində baş tutacaq. Proqram çərçivəsində 80-dən çox yerli və beynəlxalq ekspert, canlı konsertlər, mühazirələr, dəniz kənarında səhər praktikaları, open-air fəaliyyətlər, lokal brendlərin marketi və gün batımında immersive performanslar keçiriləcək.

Festivalın 2026-cı il mövzusu — “Köklərdən İnkişafa”dır. Bu mövzu daxili dayaq, mədəni ənənələr və müasir dünyada şəxsi transformasiya arasındakı əlaqəni araşdırır.

Festivalın headliner-ləri arasında:
 — Imram Kriya — Kriya Yoqa ustası, bəstəkar və multiinstrumentalist;
 — Bharat Thakur — Artistic Yoga-nın yaradıcısı, musiqiçi və rəssam;
 — Pavel Piskarev — “Neurographica” metodunun yaradıcısı;
 — Nandan Gautam — Artistic Yoga məktəbinin nümayəndəsi;
 — Qafar Qənizadə — yoqa müəllimi və transformasiya oyunu LILA-nın bələdçisi;
 — Darpan Master — yoqa və meditasiya müəllimi, ruhani mentor;
 — Lev Ivanov — şəfaçı və döyüş sənətləri ustası;
 — Kənan Məmmədov — Art of Living Azerbaijan rəhbəri və meditasiya müəllimi;
 — Vadim Popov — yoqa ustası və “Saint Petersburg School of Yoga”nın təsisçisi.

Festival proqramının xüsusi hissələrindən biri Sufizm Gününə həsr olunacaq. Proqramda Rashid Mevlevi və sufi musiqisinin əfsanəsi Ozgur Baba (Türkiyə) iştirak edəcək.

Festivalın axşam proqramı Çingiz Mustafayev, Marat Nigmatulin, Aura Ra Performance və digər artistlərin iştirakı ilə konsertləri, musiqili performansları və immersive formatları bir araya gətirəcək.

Festival Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilir — Heydər Əliyev Fondunun vitse-prezidenti, Azərbaycan Yoqa Federasiyasının prezidenti və Nine Senses Art Center-in təsisçisi.

Festivalın təşkilatçıları:
 Nine Senses Art Center və ANSA (Azerbaijan New Skills Academy)

Baş sponsor:
 Azersun Holding

Baş tərəfdaş:
 Sea Breeze Resort

Festivalın saytı:
 ninesenses.az/nsf26

Biletlər:
 https://iticket.az/events/seminar/nine-senses-fest-2026

 

xəbər bülletenimizə abunə olun