29 dekabr 2025

"Balaca Şahzadə" Yeni İl tamaşası

tədbirin detalları

"Yatmış Gözəl və Cırtdanlar" tamaşası klassik nağıl motivləri əsasında hazırlanmış müasir və mənalı bir səhnə əsəridir. Əsərdə sevgi, mərhəmət və ədalət hisslərinin nifrət və qaranlığa necə qalib gəlməsi təsvir olunur.

Hadisələr qədim bir krallıqda cərəyan edir. Kral və kraliça uzun illərdən sonra bir qız övladına sahib olurlar. Onun dünyaya gəlişini bayram edən ailə krallığın bütün pərilərini saraya dəvət edir. Lakin unudulmuş sehrbaz qadın – Malifi Senta bayrama çağırılmır.

Qəzəblənən Malifi Senta bunu özünə hörmətsizlik hesab edir və balaca şahzadəni lənətləyir: "Qız on səkkiz yaşına çatanda barmağına iynə batacaq və öləcək".
 Lakin mərhəmətli pəri Flora bu lənəti yüngülləşdirərək deyir ki, şahzadə ölməyəcək, yalnız yüzillik yuxuya gedəcək və onu yalnız həqiqi sevgi oyada biləcək.

Kral qızını qorumaq üçün bütün iynələri məhv etdirməsinə baxmayaraq, Malifi Senta sehrini yerinə yetirir və qız dərin yuxuya gedir. 
Yüz il sonra cəsur bir şahzadə meşədə gizlənmiş saraya gəlir, qaranlıq qüvvələrlə mübarizə apararaq sevginin gücü ilə sehrin qandalını qırır. Yatmış gözəl oyanır, krallıq yenidən işığa qərq olur.

Bu nağıl-tamaşa vasitəsilə şüuraltı olaraq balaca teatrsevərlərin diqqətinə çatdırılır ki, insan qəlbindəki ən böyük möcüzə sevgi və mərhəmətdir.

Tədbirin dili: Azərbaycanca
Yaş məhdudiyyəti: 0+

tədbirin məkanı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı

Zərifə Əliyeva Küçəsi 8, Bakı, Azərbaycan

Xəritədə bax

xəbər bülletenimizə abunə olun